Понедельник
фев 25

Toyuq ətini bişirməzdən əvvəl yumaq lazımdırmı? – Araşdırma

Toyuq ətini bişirməzdən əvvəl yumaq lazımdırmı? – Araşdırma


Quş əti, istər toyuq, istər hind quşunu bişirməzdən əvvəl yumaq aşpaz və evdarların bir çox zərərli maddə və xəstəliklərdən sığortalanmaq üçün vərdiş etdiyi adətdir.
Amma alimlər deyir ki, toyuğu belə yumaq əksinə qida mənşəli xəstəlik və bakteriyaları daha da yayır, aktivləşdirir. Necə?

Medicina.az xəbər verir ki, mütəxəssislər toyuq ətini yumağı tövsiyyə etmir. Bu barədə təhlükəsiz qida üzrə dünyaca məşhur ekspert Marianna Qreyvli bildirib:

” Biz bunu deyəndə insanlar şoka düşür. Necə yəni? Amma biz təəccüblənirik. Çünki bu tövsiyyəni 90-cı illərdən veririk. Toyuğu yumaq bakteriyaları azaltmır. Amma siz onu yuduqca mikroblar əlinizə, geyimə, mətbəx səthinə, taxtasına, qazana və s keçir. Çiy toyuğu yuduqca bakteriyaya yoluxma riskini 10 dəfə artırırsız.

Mən yuyulma prosesinə yox, toyuğun texniki qaydalara ciddi riayət edilməklə bişirilməsinə önəm verilməsini məsləhət görürəm.
Ətin düzgün bişirilməsi bakteriyaları məhv etməyin yeganə yoludur, çünki salmonella, kampilobakter soyuq suda məhv olmur. Minimum 165 dərəcədə bişirildikdə ölür.

Çiy toyuğun toxunduğu taxta, qablar isti su ilə yuyulmalıdır. Əllər isə 20 saniyə ərzində isti su və sabunla yuyulur.
Araşdırmalar göstərib ki, çiy toyuq və ətə toxunan insan onu soyuducu qapısı, qablar, hətta salatla belə yayırlar.

Комментарии (0)

Оставить комментарий