İlham Əliyev hökumətin narazılığa səbəb olan qərarını LƏĞV ETDİ

Müəllif: Admin, 6-02-2019, 18:22, Xeberler, 68, 0
İlham Əliyev hökumətin narazılığa səbəb olan qərarını LƏĞV ETDİ


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.

Qeyd edək ki, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır. Bu mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir. Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəçarpacaq dərəcədə artırılmasını nəzərdə tutub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Похожие публикации
У данной публикации еще нет комментариев. Хотите начать обсуждение?

Aylıq qazancınız sizi qane edirmi?
Kontakt Qrupumuz
Teg buludu

Saytda 16 yaşdan aşağı yaş qrupu üçün nəzərdə tutulmuş məlumatlar ola bilər.

Bizimlə əlaqə

  • +994 (070) 876 70 60
  • info@may.az
  • Azərbaycan, Lökbatan q. 28 may ticaret cərgəsi