Tibb bacısının qeyd kağızı hamını şoka saldı – Foto

Müəllif: Admin, 30-01-2019, 07:57, Xeberler, 89, 0
Tibb bacısının qeyd kağızı hamını şoka saldı – Foto


Çində baş verən hadisə sosial şəbəkələrdə çox müzakirə olunur. Tibb bacısının əcnəbi pasiyent üçün qoyduğu izahedici qeyd kağızı xeyli təəccüb doğurur.

MAY.AZ xaricimedia.com-a istinadən sizə həmin qeydi təqdim edir. Baxanda təəccüblənməmək mümkün deyil. Xüsusilə qeydin sonluğundakı qanlı bıçaq rəsminə.

Tibb bacısı bunda böyük qəbahət görmədiyini deyib. O, xəstəyə sabah səhər 8-də əməliyyat olunacağını çatdırmaq istədiyini söyləyib. Sosial şəbəkələrdəki sual da məntiqlidir: bunu daha sadə və narahatlıq doğurmayacaq formada etmək mümkün deyildimi?

Qeydin əvvəlləri isə xeyli məzəli görünür. İngiliscə danışa bilməyən tibb bacısı pasiyentə bu gün axşam saat 10-dan sonra yemək və su içmək qadağasını söyləmək istəyib. Bir növ xəstə əməliyyata ac girməlidir.

Dil baryeri tibb bacısını belə çətin vəziyyətdə qoyub. Dünyanın əksər dillərində “bıçaq altına uzanmaq” ifadəsi var. Tibb bacısı da bu ifadəyə söykənərək, belə rəsm çəkib. Amma rəsmdə mətbəx bıçağının əks olunması hamını şoka salıb. Tibb bacısı mümkün cinayətə eyham vuran adam təsiri bağışlayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Похожие публикации
У данной публикации еще нет комментариев. Хотите начать обсуждение?

Оцените работу движка
Kontakt Qrupumuz
Teg buludu

Saytda 16 yaşdan aşağı yaş qrupu üçün nəzərdə tutulmuş məlumatlar ola bilər.

Bizimlə əlaqə

  • +994 (070) 876 70 60
  • info@may.az
  • Azərbaycan, Lökbatan q. 28 may ticaret cərgəsi