Bolmeler
» » Azərbaycanda yayılan qriplə bağlı AÇIQLAMA verildi

Azərbaycanda yayılan qriplə bağlı AÇIQLAMA verildi

Azərbaycanda yayılan qriplə bağlı AÇIQLAMA verildi


Hazırda Azərbaycanda qrip virusu geniş yayılıb. Bağçalar, orta və ali məktəblər, iş yerlərində hər 4 nəfərdən 1-i qripdir. Güclü baş və boğaz ağrısı, öskürəklə müşayiət olunan xəstəlik sağalmaq bilmir.

Qonşu Gürcüstanda sürətlə yayılan və 14 insanın ölümünə səbəb olan "donuz qripi" (A-H1N1 tipi) təhlükəsi isə insanların təşvişini artırır.

MAY.AZ xəbər verir ki, Azərbaycan Dövlət Tibb Universitetinin Yolxucu xəstəliklər kafedrasının dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev modern.az-a bildirib ki, hazırda Azərbaycanda müşahidə edilən xəstəlik mövsümi qripdir:

"Hər il olduğu kimi, bu il də respirator qrip virusu mövsümi xarakter daşıyır. Qonşu Gürcüstanda yayılan virusun Azərbaycanda yayılma ehtimalı var, amma hələlik vəziyyət nəzarət altındadır. Bugünədək ölkədə "donuz qripi" virusu təsdiqlənən xəstə yoxdur. Bizim klinikanın üçüncü mərtəbəsi ağır qripli xəstələr üçü hazırlanıb. Amma orada elə bir ağır xəstəmiz yoxdur.

Mövsümi xəstəliyin ağırlaşması da insanın özündən asılıdır. Məsələn, hərarəti olan uşaq bağçaya, məktəbə, yaxud böyüklər işə gedəcəklərsə, ağırlaşma olması təbiidir. Xəstə insanlar ən azı hərarət olan dövrdə evdə qalmalıdırlar ki, ağırlaşma halları olmasın".

Həkim qeyd edib ki, xroniki xəstəlikləri olan insanlarda qripdən ağırlaşma riski yüksəkdir:

"Bu insanlar xüsusilə diqqətli olmalıdırlar. Heç kəs də "həkimlik edib" özünümüalicəyə cəhd göstərməməlidir".

C.İsayev adi respirator virusun "donuz qripi"nə çevrilmə ehtimalından da danışıb:

"Bu iki virus bir-birinə yaxın viruslardır, kliniki olaraq eyni gedişata malikdirlər. "Donuz qripi"ndə ölüm halları çox az olur. Bu da ağırlaşma hallarında qeydə alınır. Gürcüstanda bu virsudan ölən xəstələrdə digər xəstəliklər də olub ki, onların ağırlaşması baş verib. İnsanın özünün immun sistemindən asılı olaraq xəstəlik müxtəlif kliniki formada özünü biruzə verə bilir. Orqanizmin müqavimətinin xəstəliklə mübarizədə böyük rolu var. Amma ümumilikdə adi virusun "donuz qripi"nə çevirlmə ehtimalı yoxdur. Çünki bu virusların ştampları fərqlidir. İnsan eyni anda hər iki virusa yoluxa bilər ki, bu zaman onların kombinasiyası mümkündür. Bu zaman kombinasiyadan yeni ştampların yaranma ehtimalı var. Bu da nadir hallarda rast gəlinən haldır".

İnfeksionist Azərbayana gətirilən "donuz qripi" peyvəndələrinin istifadəsi üçün göstərişin olmadığını bildirib:

"Hazırda epidemoloji vəziyyət o dərəcədə gərgin deyil ki, peyvəndlərdən istifadə olunsun. Peyvəndi özəl təşkilatlar gətirib. Nəzərə almaq laızmdır ki, xəstəliyə tutulandan sonra vurulan peyvəndin effekti olmayacaq. Peyvənd əv azı 2 ay əvvəldən vurulmalıdır ki, insanda virusa qarşı immunitet yaratsın. Bir də qrip əleyhinə aparılan peyvəndlər müəyyən mənada xəstəliyin azalmasına səbəb olur. Amma mütləq şəkildə bu virusdan qoruyacağına təminat yoxdur. Hər halda əvvəllər qrip olan insan bu virusu yüngül keçirir.

Bununla yanaşı, dövlət tərəfindən qabaqlayıcıcı, maarifləndirici tədbirlər həyata keçirilir. Hazırda Azərbaycanda təhlükəli situasiya yoxdur. Belə olsaydı, uşaq bağçaları, məktəblər bağlanardı, xəstə uşaqların təhsil müəssisələrinə buraxılmazdı".скачать dle 11.0фильмы бесплатно


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Xeberler Baxilib: 12 Muellif: Admin Tarix: 14-01-2019, 17:54
XEBER LENTI
Yumurtanı bu halda yemək ÇOX ZƏRƏRLİDİRAcı bibər yeyənlər daha sağlamdırQarın və beldə yığılan piylərdən xilas edən vitamin. MənbələrXoşbəxt nikahın sirri. Ər-arvad arasında yaş fərqi bu qədər olmalıdırÜzü cavan saxlamağın ucuz və təhlükəsiz yoluGünortalar 30 dəqiqə YATIN: NƏTİCƏSİ İNANILMAZDIRİtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları dayandırıldıDaha 2 erməni hərbçisi minaya düşdüBakıdakı külək təhlükəli həddədir? - AÇIQLAMAÖlkəyə gətirilən ətin miqdarı 15 faiz artıb – 1 kiloqramı 2,5 manata başa gəlir...Murad Bozdan örnək davranışAzərbaycana ən çox hansı ölkələrdən gəlirlər?Dünya ölkələrində təbii anomaliyalar qeydə alınıb - VİDEOQış süfrələrindən əksik etməyin - Yarpaqları da çox faydalıdırQərargah hava ilə bağlı son dəqiqə məlumatı yaydıYuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏRDiqqət! Xəzər dənizində dalğanın hündürlüyü bu həddə çatdıBakıya yeni gətirilən zibil qutusu yandı - FOTOAzərbaycanda yayılmış vahiməli "Whatsapp" səs yazısı barədə RƏSMİ AÇIQLAMA50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTOHava şəraiti ilə bağlı hərbi hissələrə GÖSTƏRİŞ VERİLDİSabahkı hava ilə bağlı bu yerlərdə iş olmayacaq- Nazirlər Kabineti aydınlıq gətirdiFHN də gücləndirilmiş iş rejiminə keçdi - Nazir tapşırıq verdiSON DƏQİQƏ – Azərbaycanda bütün məktəblərdə dərslər DAYANDIRILIRAzərbaycanda gözlənilən hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
Reklam
Teqvim
«    Январь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Facebook-da biz