^
U

Yeniyetmələrə tütün məmulatları satan şəxslər cərimələnib – Ağdaşda



Ağdaş rayonunda yeniyetmələrə tütün məmulatları satan şəxslər cərimələnib.

MAY.AZ xəbər verir ki, bu barədə “Report”un Şirvan bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.


Belə ki, Ağdaş rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılan müşahidələr zamanı rayon ərazisində yeniyetmələrə tütün məmulatları satan bir neçə mağaza və köşk aşkar edilib. Faktlarla bağlı həmin obyektlərin sahibləri – rayon sakinləri Əfqan Cəfərov, Elvin Əhmədov, Nizami Osmanov, Teymur Müzəffərov, Əfiqə Vəliyeva, Samir Qaffarovvə Yunis Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 702 Tarix: 12-01-2019, 20:22
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az