Суббота
янв 05

Bu gün BAKU.WS 15 yaşını qeyd edir

Bu gün BAKU.WS 15 yaşını qeyd edir



5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başladığı gündən düz 15 il ötür!

Bizim əsas məqsədimiz Azərbaycan vətəndaşlarına bütün dünyadan, ən əsası isə Azərbaycandan ən maraqlı məlumatları çatdırmaqdır.

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan BAKU.WS qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilib. Bununla yanaşı, insanların sosial problemlərini işıqlandırır, onların çətinliklərini həll etməkdə onlara köməklik edirik. Vətəndaşları maraqlandıran mövzuları operativ olaraq araşdırır və rəsmi məlumatlarla bir çox suallara cavab tapırıq.

BAKU.WS tək informativ sayt deyil. Biz, həmçinin sosial layihələrdə iştirak edirik. İmkansız ailələrə yardım əli uzadırıq. Onların müalicə və sağlamlıq xərclərini qarşılaya bilməsi üçün zaman-zaman insanlara xeyriyyə çağırışları edirik.

İdman sahəsində uğurlu çıxış edən gənclərə dəstək olur, Azərbaycan bayrağını dalğalandıran idmançılarımız haqqında maraqlı məlumatlar hazırlayırıq.

Bunun nəticəsidir ki, bu gün BAKU.WS-in sosial şəbəkələrdə izləyicilərinin sayı 1 milyona yaxınlaşır. Qürurla bu göstəricini məqsədyönlülüyün və komandanın müvəffəqiyyətlərinin əmsalı adlandırmaq olar.

BAKU.WS layihəsinin ziyarətçilərinin ümumi sayında Azərbaycandan olan istifadəçilər 83 faizdir. Bu fakt Azərbaycan oxucularının ehtiyaclarını qiymətləndirməyə və bizim ölkəmizin vətəndaşları üçün maraqlı və informativ materialları yerləşdirməyə imkan verir.

BAKU.WS-in oxucularının daha rahat xəbərləri izləyə bilməsi üçün biz sosial şəbəkələrdə rəsmi səhifələrimiz fəaliyyət göstərir. IOS sistemində çalışan mobil telefonların istifadəçiləri üçün isə pulsuz mobil əlavəmiz (proqram) isə sizin xidmətinizdədir. Şəxsi videopleyer daha interaktiv formatda və yüksək keyfiyyətdə aktual xəbərlərin nümayişinin imkanını artırdı.

Təşəkkür ona görə ki, bütün bu vaxt ərzində bizimlə qalırsınız!

Hörmətlə, BAKU.WS komandası!

Bizi İnstagramFacebook-dan izləyə bilərsiniz!


Bu gün BAKU.WS 15 yaşını qeyd edir


Orxan Məmmədov - BAKU.WS saytının təsisçisi və rəhbəri

"15 il əvvəl internet klubda yaradılan bir sayt, bu gün ölkənin aparıcı saytlarından birinə çevrilib"


Bu gün BAKU.WS 15 yaşını qeyd edir


Azad Əliyev - BAKU.WS saytının baş redaktoru

"Daim oxu, öyrən və əldə etdiklərinlə paylaş!"


Bu gün BAKU.WS 15 yaşını qeyd edir


Şahin Həbibov - BAKU.WS saytının baş redaktorunun müavini

"Dostlar, admin xəbər yazmır. Onu az tənqid edin".


Bu gün BAKU.WS 15 yaşını qeyd edir


Ziya Babayev - BAKU.WS saytının xüsusi müxbiri

"Sizi jurnalist dostunuz Ziya Babayev narahat edir".



Bu gün BAKU.WS 15 yaşını qeyd edir


Zülfiyyə Qurbanova - BAKU.WS saytının xüsusi müxbiri

"Hədəfim daim sizin etimadınızı qazanmış vicdanlı jurnalist statusunu saxlamaqdır".


Bu gün BAKU.WS 15 yaşını qeyd edir


Zülfüqar Xeyirxəbər - BAKU.WS saytının axşam növbəsinin redaktoru

"Biz yatmırıq - 7/24 xidmətinizdəyik"


Bu gün BAKU.WS 15 yaşını qeyd edir



Hüseyn Məmmədsalahov - BAKU.WS saytının şou-biznes jurnalisti

"Hər zaman haqqınızda xoş xəbərlər yazım"


Bu gün BAKU.WS 15 yaşını qeyd edir


Oksana Yusifova - BAKU.WS saytının rus bölməsinin redaktoru

"Будьте всегда в курсе событий вместе с BAKU.WS!"


Bu gün BAKU.WS 15 yaşını qeyd edir


Elmar Əsədov - BAKU.WS saytının tərcüməçisi

"Всегда совершенствуйтесь и развивайтесь! Никогда не поздно".


Bu gün BAKU.WS 15 yaşını qeyd edir


Rafael Rüstəmov BAKU.WS saytının reklam departamentinin müdiri

"Bizim işimizin nəticəsi sizin bizə olan etimadınızdır!"


Bu gün BAKU.WS 15 yaşını qeyd edir


Təranə İbrahimova - BAKU.WS saytının fotoredaktoru

"Hər uğurun arxasında keyfiyyətli iş dayanır... Şəkli dəyişə bilərik?"


Bizdə May.Az GROUP adından BAKU.WS komandasını təbrik edirik. Uğurları daim olsun inşallah!

Комментарии (0)

Оставить комментарий