Понедельник
янв 07

Xətai rayonunda qaz kəsildi - Xətdə sızma olub

Xətai rayonunda qaz kəsildi - Xətdə sızma olub


Bakının Xətai rayonu ərazisində qaz xəttində sızma baş verib.

Bu barədə BAKU.WS-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, baş verən qaz sızması nəticəsində Xətai rayonunun bir hissəsinə təbii qazın verilişi dayandırılıb:

"Hazırda ərazidə təmir işləri davam etdirilir. Yaxın saatlarda təmir işləri başa çatacaq və həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək".

BAKU.WS

Комментарии (0)

Оставить комментарий