Пятница
дек 21

Bakıda ərinə yuxu dərmanı verib başqa kişi ilə görüşən qadının görüntüləri - VİDEO

Bakıda ərinə yuxu dərmanı verib başqa kişi ilə görüşən qadının görüntüləri - VİDEO


Ötən gün Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində itkin düşən Həsənova Pəri Güləhməd qızının Gürcüstanın paytaxtı Tbilisi avtovağzalından görüntüləri yayılıb.

Kadrlarda bir kişinin arxasınca gedən qadının Pəri olduğu iddia edilib. Lakin ana bu görüntülərdəki qadının qızı olduğuna əmin olmadığını söyləyib.

Qeyd edək ki, ərinə yuxu dərmanı verərək səhər tezdən evdən çıxaraq gedən gəlinin Gürcüstana getdiyi və oradan Türkiyəyə yola düşdüyü bildirilib. Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin apardığı axtarışlar nəticəsində onun həqiqətən də Türkiyədə olduğu təsdiqlənib. Verilişin çəkiliş komandası Gürcüstanda olub. Tbilisi avtovağzalında onu tanıdığını iddia edən kişi Pərini bir oğlanla qol-boyun gördüyünü bildirib.

Lakin Pərinin anası onun evdən çölə çıxmayan, ailəsinə bağlı qadın olduğunu bildirib. O, qızının aldadılaraq Türkiyəyə aparıldığını söyləyib.(a24.az)

Комментарии (0)

Оставить комментарий