^
U

Bakıda rekord şaxta olacaq - sərt qış gəlir


Bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək

Bakucity.az xəbər verir ki, Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyib müvafiq qurumların artıq indidən Azərbaycanda sərt qışa hazırlaşmalı olduqlarını deyib.

Onun sözlərinə görə, bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək.

“Günəş qeyri-adi və ləng yuxu dövrünə girir. Yeni günəş minimumu yeni kiçik buz dövrünün başlanmasına səbəb ola bilər. Bəşəriyyət XVII əsrdə belə qışla üzləşib”, - deyə ekoloq qeyd edib.

Ekoloq Azərbaycan paytaxtında gözlənilən qış barəsində belə proqnoz verib:

“110 illik meteoroloji müşahidələr onu göstərir ki, Bakıda qışda ən aşağı temperatur 1969-cu ildə qeydə alınıb - 10 dərəcə şaxta. Düzdür, 2012-ci ildə Bakıda 11 dərəcə şaxta olması barədə məlumatlar var, lakin rəsmi versiyaya görə, rekord göstərci 1969-cu ilə aiddir. Bu il isə 8-9 dərəcə şaxta gözlənilir. 2020-ci ildə Bakıda soyuq temperatur üzrə yeni rekord qeydə alınacaq”, - deyə ekoloq vurğulayıb. Oxu.az-ın məlumatında deyilir.

Qeyd edək ki, ötən qış Rusiyadan gələn Harmut Arktika siklonu Avropada yeni temperatur rekordlarının qeydə alınmasına səbəb olmuşdu.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 799 Tarix: 15-11-2018, 19:46
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az