Yollardan ətrafa su və palçıq sıçradan sürücülərə XƏBƏRDARLIQ
Yağışlı havalarda bəzi sürücülərinin diqqətsizliyi və avtomobili yüksək sürətlə idarə etməsi yolda olan suyun, palçığın piyadaların və digər nəqliyyat vasitələrinin üzərinə sıçramasına səbəb olur. Bəs buna görə sürücüləri hansı cəzalar gözləyir?
MAY.AZ xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması inzibati məsuliyyət yaradır.
"Yollarda piyadalara və digər nəqliyyat vasitələrinə qəsdən su və ya palçıq sıçradılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradan sürücülər 40 AZN məbləğində cərimə olunur".
R.Quliyev deyib ki, sürücülər bu cür qayda pozuntularından çəkinməlidirlər:
"Belə kobud davranışla üzləşən piyadalar avtomobilin dövlət nişanını, markasını, rəngini, hadisənin harada və nə vaxt baş verdiyi haqda məlumatları əldə edərək, polis bölməsinə və "902 qaynar-xətti"nə müraciət edə bilərlər".
Rüfət Quliyevin sözlərinə görə, Dövlət Yol Polisi hər zaman olduğu kimi sürücülərə xəbərdarlıq edir ki, yollarda diqqətli olsunlar, yol hərəkəti qaydalarına ciddi qaydada riayət etsinlər.
"Təbii ki, sürücülər hava şəraitini nəzərə alaraq mütləq ara məsafəsi saxlamalıdırlar. Ehtiyac olduqda idarə etdikləri nəqliyyat vasitələrinin qabarit işıqlarından istifadə etməlidirlər".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Sayta giriş
XEBER LENTI
Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb"Mehdilikdən vaz keçsəm azadlığa çıxa bilərəm?" - Adnan Oktar həbsxanadan məktub yazdıAvtobus sürücüsünün cəriməsi tələbəyə necə yazıldı? - Yol Polisindən açıqlamaFahriyyə qısqanclıqdan ərinə qadağa qoyduAllahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi: Tərəflər barışıq stolunda oturduBakıda hava kəskin soyuyacaq, qar yağacaqAzərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar - VİDEOXoşbəxtlik verən qidalar – SİYAHIQəbizlikdən azad olmaq üçün 1 çay qaşığı noxud unuQIZDIRMA SALAN 6 ən yaxşı TƏBİİ VASİTƏ
Reklam
Arxiv
Facebook-da biz