Воскресенье
ноя 11

Messencerdə çoxdan gözlənilən YENİLİK

Messencerdə çoxdan gözlənilən YENİLİK


Növbəti "Feysbuk Messencer" versiyası istifadəçilərə göndərilmiş məlumatları 10 dəqiqə ərzində silməyə imkan verəcək.

MAY.AZ ictnews-a istinadən xəbər verir ki, noyabrın 7-də buraxılan sonuncu "Feysbuk Messencer 191.0" versiyasının təsvirində tərtibatçılar növbəti yenilənmədə istifadəçiləri göndərilmiş məlumatların ləğv edilməsi imkanı daxil olmaqla çoxlu yeni funksiyalar gözləməsi barədə məlumat veriblər.

Onların sözlərinə görə, tezliklə çatda göndərilmiş məlumatları silmək mümkün olacaq:

"İstifadəçilər tərəfindən səhvən fotoşəkil, informasiya və ya bildiriş göndərilən zaman onları göndəriləndən 10 dəqiqə sonra ləğv etmək olacaq".

Proqram yenilənməsinin nə vaxt ediləcəyi barədə dəqiq məlumat açıqlanmayıb.

Комментарии (0)

Оставить комментарий