Nazirdən pensiyaçılara ŞAD XƏBƏR


Nazirdən pensiyaçılara ŞAD XƏBƏR


"Dövlət Sosial Müdafiə Fondunun 2019-cu ilin üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır.

MAY.AZ xəbər verir ki, bunu Əmək və Əhalininin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bu vəsaitin 97 faizini əhaliyə yönəldiləcək: "Nəticədə də ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq. Proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin ana məqsədidir. Digər tərəfdən İşsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırlır. Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq".

Nazir vurğulayıb ki, xərclərin də strukturunda önəmli istiqamət özünəməşğulluq tədbirlərinə yönəldilib: "Bu, həyata keçirilən genişmiqyaslı proqramdır və cari ildə 7 min ailəyədək əhalini əhatə edib. Bu da Azərbaycanda kiçik ailə təsərrüfatının yaradılmasına stimul verəcək. Gələn ilin büdcəsində 50 faiz artım məhz özünəməşğulluq tədbirlərinə yönəldilib. 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir. Sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfər əhatə etməsi gözlənilir. Gələn il pensiya alanlar təxminən 1 milyon 294 min nəfər olaraq, sosial müavinət və təqaüd alan 571 min nəfər olaraq proqnozlaşdırılır. Ümumilikdə ölkə əhalisinin 21 faizi sosial təminat vasitəsilə əhatə olunacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
нравится0
не нравится0
00
Bölmə: Xeberler Oxunub: 269 Tarix: 5-11-2018, 20:19

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz