^
U

Qoşqar Hacıyevin vəziyyəti ilə bağlı - Açıqlama


Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış, Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib.

MAY.AZ xəbər verir ki, bu barədə EGE Hospitalın mətbuat xidmətinin rəhbəri Türkan Məmmədli sosial şəbəkə hesabında yazaraq məlumat yayıb. O bildirib ki, qazi təcili olaraq Hospitala yerləşdirilib:

"Aprel döyüşlərində qəhrəmancasına vuruşaraq başından ağır qəlpə yaraları almış, Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib və təcili olaraq Bakıda fəaliyyət göstərən EGE Hospitala yerləşdirilib.

Qoşqar Hacıyev hazırda komadadır, başında çox sayda qəlpə var, dəfələrlə beyin əməliyyatı keçirib. Qarabağ qazisi EGE Hospitalda fəaliyyət göstərən Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri Neyrocərrah Dos. Dr. Özkan Tehli və Anestezioloq-Reanimatoloq Uzm. Dr. Serkan Şenkal tərəfindən ciddi müalicə nəzarətindədir.

Qeyd edək ki, Qarabağ qazisi Qoşqar Hacıyevin müalicəsinin öncə Türkiyədə GATA-da davam etdirilməsi üçün müvafiq işlərə başlanılsa da, GATA-nın yüksək ixtisaslı mütəxəssislərinin Bakıda fəaliyyət göstərən EGE Hospitala çalışdıqları üçün Türkiyəyə göndərilməsinə ehtiyac qalmayıb".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 639 Tarix: 25-10-2018, 12:18
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az