Bolmeler
» » Rövnəq Abdullayev: “SOCAR Türkiyənin ən böyük xarici investoruna çevrilib”

Rövnəq Abdullayev: “SOCAR Türkiyənin ən böyük xarici investoruna çevrilib”

Rövnəq Abdullayev: “SOCAR Türkiyənin ən böyük xarici investoruna çevrilib”


"Bu gün enerji və neft-kimya sektorunda - "Petkim"də, “Petlim”də, STAR-da, Külək enerji stansiyasında, TANAP-da və digər layihələrdə həyata keçirilmiş sərmayələr Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) Türkiyənin ən böyük xarici investoruna çevirib".

MAY.AZ report-a istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev İzmirdə STAR neft emalı zavodunun açılış mərasimində bildirib.

“10 il bundan əvvəl Ulu öndərin siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə SOCAR şirkəti olaraq, Türkiyə neft-kimya sənayesinin nəhəngi “Petkim”in nəzarət-səhm paketini özəlləşdirmə yolu ilə aldıq. Ötən 10 il ərzində “Petkim”ə 100 milyonlarla dollar əlavə sərmayə yatırımışıq.

Həyata keçirilən sərmayə proqramları hesabına Türkiyə neft-kimya məhsulları bazarında “Petkim”in payını daha da artırmaq əzmindəyik və işlərin gedişi göstərir ki, bu hədəfə tezliklə çatmaq tam realdır”,- qeyd edib.

R. Abdullayev xatırladıb ki, 7 il əvvəl, 2011-ci ilin oktyabrında İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu gün açılışını qeyd etdiyimiz layihələrə start verdilər. “Biz ilk dəfə ölkəmizdən kənarda belə böyük bir investisiya proqramını həyata keçirirdik. Bu vəzifəni layiqincə icra etmək üçün bütün qüvvələrimizi səfərbər etdik və qürur hissi ilə qarşınızda məruzə edib bildirmək istəyirəm ki, STAR neft email zavodu istismara hazırdır”.

SOCAR prezidenti bildirib ki, STAR neft emalı zavodu müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib. “Bu yatırımlar bizim Aralıq dənizi bazarında mövqelərimizi möhkəmləndirəcək. “Petkim” üçün xammal olan nafta burada istehsal olunacaq və Türkiyənin idxaldan asılılığı xeyli dərəcədə azalacaq.

Burada həmçinin neft-kimya sənayesi üçün digər aralıq məhsullar da istehsal ediləcək. Bu da daxili bazarda istehlak olunacaq və həm də ixrac üçün geniş imkanlar yaradacaq.

"Petlim" və külək enerji stansiyası layihələri də Türkiyədəki fəaliyyətlərimizin səmərəliliyi baxımından mühüm əhəmiyyət daşıyır.

həyata keçirilən layihələrin tamamlanması bizi çox sevindirir. Amma hər bir tamamlanan layihə gələcəkdə planlaşdırılan layihə üçün təməl rolunu oynayır.

Bu məntiqlə yaxın gələcəkdə Petkim yarımadasında yeni Petrokimya kompleksinin yaradılması işlərinə də başlamışıq".скачать dle 11.0фильмы бесплатно


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Xeberler Baxilib: 81 Muellif: Admin Tarix: 19-10-2018, 20:05
XEBER LENTI
Yumurtanı bu halda yemək ÇOX ZƏRƏRLİDİRAcı bibər yeyənlər daha sağlamdırQarın və beldə yığılan piylərdən xilas edən vitamin. MənbələrXoşbəxt nikahın sirri. Ər-arvad arasında yaş fərqi bu qədər olmalıdırÜzü cavan saxlamağın ucuz və təhlükəsiz yoluGünortalar 30 dəqiqə YATIN: NƏTİCƏSİ İNANILMAZDIRİtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları dayandırıldıDaha 2 erməni hərbçisi minaya düşdüBakıdakı külək təhlükəli həddədir? - AÇIQLAMAÖlkəyə gətirilən ətin miqdarı 15 faiz artıb – 1 kiloqramı 2,5 manata başa gəlir...Murad Bozdan örnək davranışAzərbaycana ən çox hansı ölkələrdən gəlirlər?Dünya ölkələrində təbii anomaliyalar qeydə alınıb - VİDEOQış süfrələrindən əksik etməyin - Yarpaqları da çox faydalıdırQərargah hava ilə bağlı son dəqiqə məlumatı yaydıYuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏRDiqqət! Xəzər dənizində dalğanın hündürlüyü bu həddə çatdıBakıya yeni gətirilən zibil qutusu yandı - FOTOAzərbaycanda yayılmış vahiməli "Whatsapp" səs yazısı barədə RƏSMİ AÇIQLAMA50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTOHava şəraiti ilə bağlı hərbi hissələrə GÖSTƏRİŞ VERİLDİSabahkı hava ilə bağlı bu yerlərdə iş olmayacaq- Nazirlər Kabineti aydınlıq gətirdiFHN də gücləndirilmiş iş rejiminə keçdi - Nazir tapşırıq verdiSON DƏQİQƏ – Azərbaycanda bütün məktəblərdə dərslər DAYANDIRILIRAzərbaycanda gözlənilən hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
Reklam
Teqvim
«    Январь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Facebook-da biz