Bolmeler
» » Azərbaycanda internetin sürəti niyə çox zəifdir? - Provayderlər kef edirlər – EKSPERT RƏYİ

Azərbaycanda internetin sürəti niyə çox zəifdir? - Provayderlər kef edirlər – EKSPERT RƏYİ

Azərbaycanda internetin sürəti niyə çox zəifdir? - Provayderlər kef edirlər – EKSPERT RƏYİ


"Ümumiyyətlə, provayderlər tərəfindən istehlakçılara verilən internetin qiymətini bazar müəyyənləşdirir. Ancaq Azərbaycanda internet bazarında problemlər var. Belə ki, dövlət provayderlərinin internet bazarında payı 50 faizdən çoxdur".

MAY.AZ xəbər verir ki, bunu sonxeber.az-a "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti. Osman Gündüz deyib.

Dövlət provayderləri bazarı ələ keçirib

Onun sözlərinə görə, "Aztelecom", "Bactelecom" və "Azercell" bazardakı payın yarısından çoxuna sahibdirlər və bunlar dövlətin provayderləridirlər: "Və bazardakı qayda-qanunları da bazarın özü deyil, bazar payının yarısından çoxunu tutan dövlət provayderləri müəyyənləşdirir. Bizdə bir qədər anormal vəziyyət var".

O. Gündüz hesab edir ki, dövlət provayderlərinin bazar payındakı çəkisi 50 faizdən çox olduğuna görə qiymətlərin tənzimlənməsinə və internetin keyfiyyətinə dövlət nəzarət etməlidir: "Əks halda internetə görə qiymətin endirilməsi və keyfiyyətin yaxşılaşdırılması mümkün deyil".

İnternetin qiymətini endirmək mümkündür?

AİF Prezidenti internetin qiymətinin endirilməsi mümkünlüyü məsələsinə toxunaraq qeyd edib: "Azərbaycanda internet qiymətlərinin aşağı düşməsinin tarixçəsinə baxsaq görərik ki, qiyməti bazar endirmir, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi edir. Həmişə belə olub. Nazirlik öz provayderlərinə tapşırıq verir, onlar qiyməti aşağı salırlar, sonra da özəl provayderlər eyni addımı atırlar".

Provayderlər kef edirlər

Ekspertin fikrincə, hazırda Azərbaycanın internet bazarında xoşagəlməz tendensiya var: "Artıq hamı elə bil ki, mövcud nəzarətsizlik şəraitdən istifadə edərək öz işindədir. Bu sahədə ya dövlət nəzarəti yetərincə deyil, ya da ictimai nəzarət imkanları kifayət etmir. Belə olan halda provayderlər düzünü desək kef edirlər. Yəni istehlakçıların hüquqlarını pozurlar, müqavilədə göstərilən internet sürətini vermirlər, qiymətləri baha saxlayırlar və s".

İstifadəçilər məhkəməyə müraciət etməlidirlər

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi buna nəhayət son qoymalıdırlar: "İnternet istifadəçiləri isə keyfiyyətli xidmətin göstərilməsi üçün son instansiya olaraq məhkəməyə müraciət etməlidirlər".

Azərbaycan üzrə göstərici biabırçı rəqəmdir

AİF prezidenti diqqətə çatdırıb ki, Azərbaycanda internetin sürəti və keyfiyyəti digər ölkələrlə müqayisədə olduqca aşağıdır: "Azərbaycanda hətta adambaşına düşən orta internet sürəti əvvəlki illərlə müqayisədə aşağı düşüb. Əvvəllər bizdə orta sürət 3-4, 5 meqabitin ətrafında olduğu halda indi statistakaya əsasən, söhbət 2,5 və 2,8 meqabitdən gedir. Bu artıq anormal vəziyyətdir, izahı yoxdur. Dünyada orta göstərici 7-8, Avropada isə təqribən 40 meqabitdir. Belə olan halda Azərbaycan üzrə göstərici hədsiz dərəcədə biabırçı rəqəmdir. Qonşu ölkələrlə müqayisə etikdə bizdə internetin sürəti olduqca aşağı və qiymət kifayət qədər bahadır. Aidiyyəti qurumlar bunun fərqində olmalıdırlar".

Azərbaycanda internetin sürəti niyə çox zəifdir? - Provayderlər kef edirlər – EKSPERT RƏYİ
скачать dle 11.0фильмы бесплатно


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Xeberler Baxilib: 155 Muellif: Admin Tarix: 9-10-2018, 16:28

31 октября 2018 20:52 пишет в новости
Извините, что я вмешиваюсь, мне тоже хотелось бы выразить желание высказать своё мнение.

форум о заработке


Вы допускаете ошибку. Давайте обсудим это. Пишите мне в PM, поговорим.

дедики брут дедиков
XEBER LENTI
Yumurtanı bu halda yemək ÇOX ZƏRƏRLİDİRAcı bibər yeyənlər daha sağlamdırQarın və beldə yığılan piylərdən xilas edən vitamin. MənbələrXoşbəxt nikahın sirri. Ər-arvad arasında yaş fərqi bu qədər olmalıdırÜzü cavan saxlamağın ucuz və təhlükəsiz yoluGünortalar 30 dəqiqə YATIN: NƏTİCƏSİ İNANILMAZDIRİtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları dayandırıldıDaha 2 erməni hərbçisi minaya düşdüBakıdakı külək təhlükəli həddədir? - AÇIQLAMAÖlkəyə gətirilən ətin miqdarı 15 faiz artıb – 1 kiloqramı 2,5 manata başa gəlir...Murad Bozdan örnək davranışAzərbaycana ən çox hansı ölkələrdən gəlirlər?Dünya ölkələrində təbii anomaliyalar qeydə alınıb - VİDEOQış süfrələrindən əksik etməyin - Yarpaqları da çox faydalıdırQərargah hava ilə bağlı son dəqiqə məlumatı yaydıYuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏRDiqqət! Xəzər dənizində dalğanın hündürlüyü bu həddə çatdıBakıya yeni gətirilən zibil qutusu yandı - FOTOAzərbaycanda yayılmış vahiməli "Whatsapp" səs yazısı barədə RƏSMİ AÇIQLAMA50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTOHava şəraiti ilə bağlı hərbi hissələrə GÖSTƏRİŞ VERİLDİSabahkı hava ilə bağlı bu yerlərdə iş olmayacaq- Nazirlər Kabineti aydınlıq gətirdiFHN də gücləndirilmiş iş rejiminə keçdi - Nazir tapşırıq verdiSON DƏQİQƏ – Azərbaycanda bütün məktəblərdə dərslər DAYANDIRILIRAzərbaycanda gözlənilən hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
Reklam
Teqvim
«    Январь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Facebook-da biz