ŞAD XƏBƏR: Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək – VİDEO

ŞAD XƏBƏR: Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək – VİDEO

Vətəndaşlar pensiya və maaşları plastik kartlarda saxlasa, üzərinə əlavə faiz gələcək.

Bu yenilik ötən gün təsdiqlənən "2018-2020-ci illərdə azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramında öz əksini tapıb. Proqramda birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.
Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək. Xəzər TV bununla bağlı sujet hazırlayıb.

Bu, ötən gün ölkə başçısı tərəfindən təsdiqlənən "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın tətbiqi sayəsində mümkün olacaq.

Proqramın məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitini xeyli genişləndirmək, nağd dövriyyənin həcmini minimuma endirmək və nəticədə bank sektorunun maliyyə resursları bazasını gücləndirməkdir.

"Azexport.az" portalının rəhbəri Zaur Qardaşov deyir ki, əsas məqsədlərdən biri nağdsız ödənişləri təşviq etmək olduğu üçün bank və vergi sistemində islahatlar aparılacaq.

Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da iqtisadi artıma təkan verəcək. Proqramın tətbiqi istehlakçılar üçün də xeyli səmərə verəcək.

İstehlakçıların rahatlığını və səmərəli ödəniş sistemini təmin etmək üçün birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.

Proqramda turizmin inkişafı məqsədi ilə əcnəbi turistlər üçün yeni kartların istifadəyə verilməsi də öz əksini tapıb. Bu kartlar vasitəsilə əcnəbilər üçün vergisiz alış-veriş və digər güzəştlər nəzərdə tutulub.скачать dle 11.0фильмы бесплатно


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
f Paylaş
Bölmə: Xeberler Baxilib: 69 Muellif: Admin Tarix: 28-09-2018, 12:07

Bölmənin digər xəbərləri

   
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
TEQVIM
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Valyuta mezennesi
Mezenne bu gün 14/11/2018
Sehife tapilmadi
USD CNY
EUR JPY
AZN TRY

Valyuta konvertoru
Secim:
SAYGAC