Пятница
сен 28

Gürcüstanda qəflətən dünyasını dəyişən Zeynəb intihar edib? - Yaxını danışdı

Gürcüstanda qəflətən dünyasını dəyişən Zeynəb intihar edib? - Yaxını danışdı


Xəbər verdiyimiz kimi, "Sağlam Düşüncə" Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə qəflətən vəfat edib. O, Bakı Mühəndislik Universitetinin 3-cü kurs tələbəsi olub. Onun ölümü ilə bağlı sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında çıxan xəbərlər yaxınlarının qəzəbinə səbəb olub.

Bununla bağlı MAY.AZ-a mərhum Zeynəb Vəlizadənin dostu Nicat Hüseynov danışıb. O bildirib ki, Zeynəb haqda çıxan xəbərlərin bir çoxu yalnışdır: " Guya deyirlər ki, Gürcüstanda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Hələ ekspertizanın cavabı çıxmayıb. Hadisə şahidləri dindirilməyib. Necə bu maddə ilə cinayət işi açıla bilər? Zeynəbin intihar edə bilmə ehtimalı ümumiyyətlə yoxdur. Sadəcə anidən halı pisləşib, təcili tibbi yardım gələnə kimi də keçinib. Ailəsi hazırda Gürcüstandadır. Hələlik bildiklərimiz bunlardır".

Nicat Hüseynov bildirib ki, Zeynəb çox səmimi bir insan olub: "O, pozitiv gülərüz, işini bilən, savadlı xanım idi. Onun kimi bir dostu itirdiyimə görə çox üzgünəm".
Gürcüstanda qəflətən dünyasını dəyişən Zeynəb intihar edib? - Yaxını danışdı

Комментарии (0)

Оставить комментарий