^
U

Kadırov Türkiyədə çevriliş cəhdinin səbəblərini AÇIQLADI


Çeçenistan lideri Ramazan Kadırov öz Facebook səhifəsində Türkiyədəki hərbi çevriliş cəhdini şərh edib.

MAY.AZ xəbər verir ki, Kadırov qiyamın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərblə əlaqələrini kəsərək müstəqil siyasət aparması ilə bağlı olduğunu yazıb.

Kadırov qeyd edib ki, Türkiyənin Suriyadakı hadisələrə münasibətinin dəyişməsi və Ərdoğanın müstəqil siyasət yürütməsi "Qərbə bağlı" generalların xoşuna gəlməyə bilər. Ona görə də, onlar ölkənin rəhbərliyini ələ keçirməyə cəhd etdilər:

"Türkiyədə hərbi çevriliş cəhdi oldu. Qiyamçılar təyyarə də daxil olmaqla hərbi texnikadan istifadə etdilər. Ölü və yaralılar var. Bu hadisələr xalqın Rəcəb Tayyib Ərdoğanı və hökuməti dəstəklədiyini göstərdi. Türkiyə bizim yaxın qonşumuz, iqtisadi, mədəni və humanitar sahədə sıx əlaqələrmiz olan bir ölkədir.

Son zamanlarda Rusiya ilə Türkiyə arasında iqtisadi və digər sahələrdə əlaqələr güclənir. Bundan başqa, Türkiyənin Suriyadakı hadisələrə baxışlarında da müsbət dəyişikliklər baş verir.

Bundan başqa Ərdoğan ölkəni islamlaşdırır və Osmanlının nüfuzunu bərpa etmək istəyir. Osmanlının sərhədlərinin xatırlayanlar isə buna imkan verməyəcəklər. Türkiyədəki son hadisələr də bununla bağlı ola bilər.

Ümumilikdə isə Türkiyədə qərbə bağlı ordu generalları həmişə siyasi proseslərə müdaxilə ediblər. Qeyd etdiyim kimi, Ərdoğan isə Qərbdən müstəqil siyasət yürütməyə qərar verib. Bu da onların xoşuna gəlməyə bilər.

Biz bir çox inqilab gördük. Öz təcrübəmizə əsaslanaraq çevrilişlərin ağır nəticələrə səbəb olduğunu bilirik. Qardaş Türk xalqına ən qısa zamanda sülhün və sabitliyin bərqərar olmasını arzulayırıq", - Kadırov vurğulayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 1 098 Tarix: 17-07-2016, 16:20
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az