^
U

Yeni şəxsiyyət vəsiqələrinin - RÜSUMLARI


Bu gündən "ASAN xidmət" mərkəzlərində yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsinə başlanılıb.

MAY.AZ xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

E.Niftəliyev bildirib ki, bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil.

"15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunur".

"ASAN xidmət" rəsmisi bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur.

"10 gün müddətinə 5 manat, üç gün müddətində 25 manat, bir gün müddətinə isə 35 manat təşkil edir. Bundan əlavə, 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub.

Belə ki, 10 gün ərzində 4 manat, üç iş günü müddətində 20 manat, bir iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib. Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 793 Tarix: 1-09-2018, 15:58
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az