^
U

"Partizan müharibəsi" başladı: İrandan sonra Rusiya Hədəf Taxtasında


Suriyada daşlar yenidən qarışır və hədəf taxtasına İranla yanaşı Rusiya da qoyulur. Son iki gündə baş verən iki hadisə müharibənin gündəlik həyat tərzinə çevrildiyi Suriyada nə qədər adi görünsə də, geosiyasi oyunun bir parçası olduğu məlumdur: Suriya ordusuna məxsus Rusiya istehsalı olan “Sukhoi” döyüş təyyarəsi İsrail ordusu tərəfindən vuruldu; uzun müddətdir “yoxa çıxan” İŞİD terror qruplaşması dünən yenidən “xortladı” və Suriyanın Əs-Suveyda şəhərində 100-dən çox insanın ölümü, 180-nə qədər insanın yaralanması ilə nəticələnən terror aktı törədildi. Və bu, hələ proseslərin başlanğıcıdır.

MAY.AZ publika.az-a istinadən xəbər verir ki, Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Siqankov deyir ki, “An-Nüsrə” Cəbhəsi də daxil olmaqla, bir neçə qruplaşmanın döyüşçüləri Suriyada hökumət qoşunlarının mövqelərinə hücuma hazırlaşırlar.

Rusiya hərbçiləri bir neçə istiqamətdə terrorçuların böyük qruplarının konsentrasiyanı qeydə alıblar. Əldə etdiyimiz informasiyaya görə, “An-Nüsrə” Cəbhəsi, “Cəbhə Tahrir Li Suriya”, “Sukur aş-Şam” və “Feylak aş-Şam” qruplaşmalarının liderləri hökumət güclərinin mövqelərinə hücumun həyata keçirilməsi üçün birgə operativ qərargahın yaradılması haqqında razılaşıblar. Böyük qruplaşmaların konsentrasiyası eyni vaxtda bir neçə istiqamətdə - şimali Latakiya dağları, İdlib və Hama əyalətlərinin sərhədindəki El-Qab vadisi və Hələb şəhərinin qərbindəki rayonlarda qeydə alınıb. Sözügedən ərazilərə döyüşçülərin seçmə hissələri və zirehli texnika çəkilir”, - general danışır.

Bu hadisələrin iyulun 23-də Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nəticəsiz görüşündən sonra baş verməsi diqqət çəkir.

Görüşdə İsrail İran qoşunlarının Qolan təpələrindən geri çəkilməsi haqqında Rusiyanın tərəfinin təklifini rədd etdi. Danışıqların gedişindən xəbəri olan adının açıqlanmadığı məmurun “Röyters”ə verdiyi məlumata görə, Rusiyanın irəli sürdüyü təklifin mahiyyəti İran qoşunlarının atəş xəttindən 100 kilometr uzaqlığa aparılmasından ibarət idi. Mənbənin sözlərinə görə, Netanyahu Lavrova “biz iranlılara hətta sərhəddən 100 kilometrdə möhkəmlənməyə imkan verməyəcəyik” deyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 619 Tarix: 26-07-2018, 20:51
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az