^
U

Xaricə getmək istəyənlər üçün viza qiymətləri — SİYAHI


Turizm mövsümündə xaricə gedənlərin ilk xərcləri viza üçün çıxır.

Fins.az Azərbaycan vətəndaşlarının səyahət coğrafiyasını nəzərə alaraq, dünyanın müxtəlif ölkələrinə səyahət üçün viza qiymətlərini araşdırıb.

1. ABŞ – 160 dollar, səfirlikdən verilir

2. Kanada – 250 dollar, onlayn alınır və ya Türkiyədəki səfirlikdən verilir

3. Şengen ölkələrinə – 35 avro (Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Lixtenşteyn, Xorvatiya)

Qeyd edək ki, bəzi Şengen ölkələrinə səyahət etmək üçün ayrıca olaraq həmin ölkələrə də viza verilir. Bunlar aşağıdakılardır:

4. Belçika, İspaniya, Fransaya – 47 dollar, Fransanın Azərbaycandakı səfirliyində verilir. İtaliyaya viza almaq üçün 56 dollar ödəniş etmək lazımdır.

5. Norveç - 35 avrodan əlavə, "VFS Global” şirkətinə müraciət edərək əlavə 40 AZN ödəniş etmək lazımdır.

6. Böyük Britaniya – 130-135 dollar (qısamüddətli 6 ay, bir və ya bir neçə giriş). Viza əldə etmək üçün onlayn müraciət edib, ödəniş etmək lazımdır.

7. Misir – 25 dollar, Misirdə yerindəcə viza verilir.

8. Dubay – 75-150 dollar. Dubaya vizanı 75 dollardan o zaman almaq olar ki, səyahət edən şəxs otel bronlamış olsun. Bunu etməyənlər üçün isə vizanın qiyməti 100-150 dollardır.

9. Tailand – 40 dollar. Bakıdakı səfirliyə müraciət edilərək əldə olunur.

10. Hindistan – 67 manat. Səfirliyə müraciət etmək lazımdır. Viza 3-5 iş günü ərzində verilir.

11. Yaponiya – Viza, pulsuz verilir. Bakıdakı Yaponiya səfirliyinə müraciət etmək lazımdır.

Vizalar müraciətdən sonrakı 5-10 gün ərzində verilir. Lakin bəzən müraciətetmə prosesi də 15-20 gün çəkir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Xaric, viza, qiymət, səfər, visa
Bölmə: Xeberler Oxunub: 1 230 Tarix: 12-07-2016, 11:53
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az