^
U

Vətəndaşlara eyni mənzilləri satan MTK rəhbərlərinə hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində İsa Məmmədov və Çingiz Məmmədovun CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

May.Az-ın məlumatına görə, 2017-ci ilin iyun-avqust aylarında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “İdeal-V” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı başlanan araşdırma zamanı cəmiyyətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən cəmiyyətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan əlbir olub, qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3.206.310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar bundan yayınıblar. Buna görə barələrində avqustun 17-də məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Zərərçəkmişlər bildiriblər ki, “İdeal-İ İnşaat” MTK 60 mənzili 90 nəfərə satıb. Onların sözlərinə görə, inşa olunan binadan ev almaq istəyən vətəndaşlar 180 - 250 min manat arasında ödəniş edib.

Binanın inşasına 2007-ci ildə başlanılıb və 2012-ci ildə tikinti yekunlaşıb. Ancaq tikinti yekunlaşsa da, mənzillər öz sahiblərinə təhvil verilməyib. Zərərşəkmişlərin əksəriyyəti pulu birbaşa şirkət rəhbərliyinə ödəyib.

Məhkəmənin hökmü ilə İ.Məmmədov 11 il, Ç.Məmmədov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 631 Tarix: 19-07-2018, 20:13
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az