Четверг
июл 12

Bakının mərkəzində işıqlar söndü – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində işıqlar söndü – RƏSMİ AÇIQLAMA


Bakının mərkəzi rayonlarında əhaliyə verilən elektrik enerjisində fasilələr yaranıb.

Bu barədə May.Az-in “qaynar xətti”nə məlumat daxil olub. Bildirilir ki, Nizami, Yasamal, Səbail rayonu ərazisində işıqlar sönüb.

Məsələyə aydınlıq gətirmək üçün "Azərişıq" ASC ilə əlaqə yaratdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə açıqlamasında məlumatı təsdiqləyib.

“Problem yaranıb, bəzi yerlərdə işıqlar sönüb. Hazırda hadisə barədə dəqiq informasiya əldə etməyə çalışıram”, - deyə Tanrıverdi Mustafayev bildirib.

Комментарии (0)

Оставить комментарий