Вторник
июл 05

Azərbaycanda ipoteka kreditləri dayandı

Azərbaycanda ipoteka kreditləri dayandı


Azəbaycan İpoteka Fondu (AİF) iyulun 1dək müvəkkil banklar vasitəsilə ölkə miqyasında ümumilikdə 730 mln. 802,42 min manatlıq 17 min 997 ipoteka krediti verilib.

May.Az-in "Marja"ya istinadən xəbərinə görə, bu göstəricilər iyunun əvvəlindəki rəqəmlərlə eynidir. Yəni ötən ay potensial borc alanlar mənzil üçün kredit almayıb. Mayda isə hər biri 50 min manat olan 2 kredit verilib. Apreldə də 93,02 min manatlıq 2 kredit verilib.

Xatırladaq ki, ötən il borc alanlar üçün daha səmərəli olub – 97 mln. 273,98 min manatlıq 2 min 146 kredit verilib. Mənzil üçün kreditlər 2006-cı ildən AİF vasitəsilə verilir, 2007-ci ilin ikinci yarısından sosial seqment (illik 4% 50 min manata qədər) faktiki olaraq yoxdur. İndi isə kommersiya ipoteka kreditlərinin (illik 8%-lə 50 min manata qədər) verilməsi dayanıb. Səbəb kreditin səlahiyyətli maliyyə strukturları üçün mənfəətin olmamadır. Onlar istehlak (ildə 20%-dən 40%-a qədər) və sahibkarlıq (12%-dən 18%-ə qədər) kreditlərindən daha çox qazanır.

Комментарии (0)

Оставить комментарий