Вторник
июл 05

Təmas xəttində erməni hərbçisinin meyiti tapılıb

Təmas xəttində erməni hərbçisinin meyiti tapılıb


Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni hərbçinin cəsədi tapılıb.

May.Az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Artsun Ovannisyan açıqlama verib. Onun sözlərinə görə, hərbçinin cəsədi Tavuş rayonunda döyüş postlarından birində aşkarlanlıb.

Faktla bağlı istintaq xidmətində araşdırma aparılır. Həlak olmuş hərbçinin Armavir sakini olan Arsen Mxitaryan olduğu və onun avtomatik silahdan açılmış güllə yarasından öldüyü bildirilir.

Комментарии (0)

Оставить комментарий