İlham Əliyev Azərbaycan xalqını təbrik etdi


İlham Əliyev Azərbaycan xalqını təbrik etdi


Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.

İslam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə xüsusi həssaslıqla qorunub saxlanılmışdır. Bu gün əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Azərbaycanda müxtəlif milli və dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Eyni zamanda məmnunluqla deyə bilərik ki, ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri bəşəri hadisə olan Ramazan bayramına böyük sevgi ilə yanaşır, ölkəmizin multikultural ənənələrini ehtiramla qoruyurlar.

Əziz bacı və qardaşlarım!

İnsanlarda vəhdət və humanizm duyğularını, Allah və vətən sevgisini daha da gücləndirən Ramazan bayramı hər il olduğu kimi, bu il də bütün xalqımız tərəfindən böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edilir. Bu əziz bayram günlərində sizi və ölkəmizdən kənarda yaşayan soydaşlarımızı bir daha təbrik edir, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
нравится0
не нравится0
00
Bölmə: Xeberler Oxunub: 521 Tarix: 5-07-2016, 00:17
İstifadeci paneli
Youtube səhifemiz
En son mp3ler
» Kənani - Dostumu Sevdim
» Burulğan - Necə Söhbətdi
» Dəniz Firudinli - Sənsiz Səhər Açılmayır
» Paşa Abdulla - Dilim Dilim
» Rübail Əzimov - Mənim Dostlarım
» Abbas Bağırov - Sən və Mən
» Vaqif Shixaliyev - Neylersen 2020
» Nuri Sərinləndirici - Eşq
» Niyaməddin Səlami - Rollerdesin Sadece
» Ceyhun Hesretli - Qoşa Alışarlar 2020
» Ramin Musayev - Sende yaşadasan üreyinde
» Ali Qafarli - Paylasha Bilmedik (Eqoist)
» Terlan Novxani - Sevgi Payımsan
» Üzeyir Mehdizadə - Cavab Ver (Yeni Aranjimanda)
» Nigar Mühərrəm - Bilmirəm ki
» Nigar Mühərrəm - Seviyor Sandım
» Aslixan - Şikəst Anam
» Tacir Mamedov - Sevgili Yar
» Vuqar Seda - Gizli Gizli
» Müjgan Ayxan - Dəli Qız
» Aytac Tovuzlu - Olmaz
» Aygül Səfərova - Daha Onu Qısqanmağa Dəyməz
» Aqşin Fateh - Şəkillərdə Gülən Qadın
» Kamil Cəfərov - Ey Həyat
» Sərvət Əsəd - Yalan
» Rəsul Abbasov feat Xana - Baş Üstə (Meyxana)
» Vasif Əzimov - Sən mənim üçün bir dünya 2019
» Üzeyir Mehdizadə - Men Basina BelaGeldim (2020)
» Ramin feat Gunay - Sevgi Nagili 2020
» Canan - Aglamaqla Deyil 2020
» Şəbnəm Tovuzlu - Uzaqlarda
» Türkan Vəlizadə - Canım Mənim 2020
» Aydın Sani - Popuri (Toy.1) 2020
» Ümman - Yeni il 2020
» Elnar Xəlilov - Bilmədən Sevdim 2020
» Şöhrət Məmmədov - Şöhrət Məmmədov
» Murad Arif - Bossa Nova
» Puzzle - VIII KM
» Orxan Lökbatanlı - Sevmək
» Kənan Adil - Mağusa Limanı (Türküler Mix)
» Pərviz Bülbülə - Yarə Məni
» PRoMete - Ayıb
» Goad - BMW
» Vuqar Səda feat Aynur Sevimli - Sevdiyin İnsan
» Perviz Abdullayev - Ureyim Seninle 2019
» Məna Aliyev - Danışaram
» Türkan Vəlizadə - Türkan Vəlizadə
» Balabəy - Mənim Olaydı
» Murad Arif - Yalnız səni gözlədim (feat Dilarə Kazımova)
» Murad Arif - Xəyanət Etməyən Kişi