^
U

Elmar Məmmədyarov Ermənistan XİN başçısı ilə görüşüb


Azərbaycan və Ermənistan xarici İşlər nazirləri arasında ayaqüstü görüş olub.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter”səhifəsində yazıb.

Nazirlərin ilk görüşündən foto paylaşan T.Balayan, “Ermənistan XİN başçısı Zöhrab Mnaçakanyan həmkarları ilə, eləcə də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb, ünsiyyət qurur”, şərhini əlavə edib.

Qeyd edək ki, E. Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Belarusun paytaxtı Minsk şəhərində səfərdədir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler / Siyasət Oxunub: 884 Tarix: 23-06-2018, 12:34
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az