^
U

Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub


Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsində torpağa tapşırılıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.

Çıxış edənlər şəhidin döyüş yolundan danışaraq, onun mərd, vətəni sevən biri olduğunu bildiriblər. Qeyd edilib ki, ötən ilin iyulunda həqiqi hərbi xidmətə çağrılan, Milli Aviasiya Akademiyasının məzunu İbrahim Mənəfov hər kəsə nümunə sayılacaq hərbçi olub.

Sonra şəhid Bankə qəsəbəsində Seyidlər qəbiristanlığında yaylım atəşi ilə torpağa tapşırılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 933 Tarix: 20-01-2018, 13:31
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az