Bolmeler
» » AZƏRBAYCANDA İLK - General göstəriş verdi, yol polisi hərəkətə keçdi

AZƏRBAYCANDA İLK - General göstəriş verdi, yol polisi hərəkətə keçdi

AZƏRBAYCANDA İLK - General göstəriş verdi, yol polisi hərəkətə keçdi


Azərbaycanda ilk dəfə olaraq yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşaiyət edib.

BAKU.WS-in avtosfer.az-a istinadən xəbərinə görə, yanvarın 3-də istirahət gününün sonuncu günü olduğu üçün yollarda yarana biləcək sıxlığı və təhlükəli vəziyyəti nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Yol-Patrul Xidməti Alayına ayrıca göstəriş verib.

Göstəriş əsasında hava şəraiti ilə əlaqədar, habelə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün istiqamətlərdə marşrut avtobusları patrul avtomobilləri ilə müşayiət olunublar.

Qeyd edək ki, belə hallar əvvəllər də baş verib. Lakin bu dəfə yol polisləri kütləvi şəkildə bu işə cəlb olunublar. Yol-Patrul Xidməti Alayının hər bir taqımının şəxsi heyəti öz ərazilərinə daxil olan avtobusları 8-10 maşından ibarət qrup halında müşaiyət edərək növbəti taqıma təhvil verib. Beləliklə, həmin avtobuslar növbəli şəkildə Sumqayıt şəhərinə, eyni zamanda, Bakının girşinə qədər müşaiyət olunub.

Qarşıda patrul avtomobili olduğu üçün Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Astara yolu ilə hərəkət edən avtobuslar eyni sürət rejimində və bir cərgə üzrə tam təhlükəsiz şəkildə sərnişinləri mənzil başına çatdırıblar. Ən böyük yük isə yol polisinin Qaradağ, Saray və Zarat postlarının üzərinə düşüb. Hər iki istiqamətdə gün ərzində 200-dən artıq avtobus və mikroavtobus müşayiət olunara Bakıya yola salınıb.

Mikroavtobuslarla rayonlara səyahət edən xarici ölkə vətəndaşları, eləcə də yerli turistlər və sərnişinlər yol polisinin bu addımını müsbət qiymətləndiriblər. Elə sürücülər də təhlükəsizlik baxımından müşayiətlə hərəkəti üstün tutublar. Onlar bildiriblər ki, yol polisi onsuz da yollarda onlara hər zaman dəstək olur, kömək edir. Bu dəfə isə tam fərqli formada köməyə gəliblər.

Bir qrup xarici hərbçi qonağın olduğu avtobusu Qubaya qədər YPXA-nın 1-ci taqımının komandiri, mayor Ürfət Şükürov özü müşaiyət edib. Taqım komandiri daha sonra Bakıya gələn 9 avtobusu da müşaiyət edərək Xırdalan dairəsinə çatdırıb.

Yol polisinin gördüyü tədbirlər nəticəsində Bakınin giriş nöqtələrində hər hansı qəza, tıxac və digər xoşagəlməz hal baş verməyib.скачать dle 11.0фильмы бесплатно


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Xeberler Baxilib: 111 Muellif: Admin Tarix: 4-01-2018, 19:24
XEBER LENTI
Bakıya yeni gətirilən zibil qutusu yandı - FOTOAzərbaycanda yayılmış vahiməli "Whatsapp" səs yazısı barədə RƏSMİ AÇIQLAMA50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTOHava şəraiti ilə bağlı hərbi hissələrə GÖSTƏRİŞ VERİLDİSabahkı hava ilə bağlı bu yerlərdə iş olmayacaq- Nazirlər Kabineti aydınlıq gətirdiFHN də gücləndirilmiş iş rejiminə keçdi - Nazir tapşırıq verdiSON DƏQİQƏ – Azərbaycanda bütün məktəblərdə dərslər DAYANDIRILIRAzərbaycanda gözlənilən hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQPutin niyə smartfon işlətmir? - Peskov açıqladıBakıda dəhşət - Ərini ürəyindən bıçaqladıAzərbaycanda yayılan qriplə bağlı AÇIQLAMA verildi2019-cu ildə Azərbaycanı nələr gözləyir – PROQNOZÜç günlük körpənin qəbiristanlığa atılmasının səbəbi bilindi: Qadının əri...Enerji içkiləri yenidən ucuzlaşdı – Aksiz təxirə salındı"Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı - AzərbaycandaCəmi iki söz həyatınızda möcüzəyə çevirəcəkReanimasiyada müalicəsi davam edən Mehmet Ali Ərbilin vəsiyyəti — ÜZƏ ÇIXDI"Acunla çox gözəl vaxt keçiririk" - İtır danışdı"Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır?"Bakıda temperatur 2 dərəcəyə enəcək, küləyin istiqaməti dəyişəcək"Erbil indi daha yaxşıdır"Yeniyetmələrə tütün məmulatları satan şəxslər cərimələnib – Ağdaşda╰☆╮Gözəl Qiz Şəkileri - 2╰☆╮Diqqət! Diş ətinin vəziyyəti bu xəstəliklərə işarədirMüxtəlif qidalarda KALORİ MİQDARI. Arıqlamaq istəyənlər üçün CƏDVƏL
Reklam
Teqvim
«    Январь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Facebook-da biz