Суббота
июл 15

Polkovnik Əliyevdən erməni generala sərt xəbərdarlıq: Müharibə ani olacaq

Polkovnik Əliyevdən erməni generala sərt xəbərdarlıq: Müharibə ani olacaq


Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki İlqar Əliyev erməni general-mayor Arkadi Ter-Tadevosyanın cavabını sərt şəkildə verib.

BAKU.WS-in məlumatına görə, polkovnik bəyan edib ki, Arkadi Ter-Tadevosyan Azərbaycan qaçmağa istiqamətlənmiş erməni əsgər və zabitlərin dözümlülüyünün nümayişi ilə bağlı səylərini asanlaşdıracaq.

"Sizə elə zərbələr endirəcəyik ki, heç bu taktikadan istifadə edə bilməyəcəksiniz. Bax, o zaman insan amili işə düşəcək. Azərbaycan əsgəri boşaldılmış səngərlərdə, kənd və şəhərlərdə addımlayacaq. Bu da sənə ikinci "Afərin”. Sən döyüş əməliyyatlarının təşkil edilməsini bacara bilməyən kütbeyin hərbi komandirsən. Real düşmənin vəziyyətini qiymətləndirdin, hətta hərbi əməliyyatların demoqrafik vəziyyətinin təhlilini apardın. Və indiyədək heç kimə məlum olmayan nəticələrə gəlib çıxdın ki, Azərbaycan çoxmillətli dövlətdir və çaşdın: "Mən düşünürəm ki, bütün xalqlar əlinə silah götürüb müharibəyə getməyəcək”, - deyə polkovnik bildirib.

İlqar Əliyev deyib ki, Azərbaycan ultramüasir silahları pulu çox olduğuna görə yox, Ermənistanla uzun müddətli müharibə aparmaq niyyətində olmadığına görə alır. Müharibə ani, kövrək müdafiə xəttinin bütün dərinliyi üzrə "yandırılmış ərazilər taktikası" prinsipi ilə olacaq.

"Yenidən təkrar edirəm. "Halva-halva" deməklə ağız şirin olmur. Baxıram ki, sən İkinci Dünya müharibəsi dövründə operativ sənət sahibi Jukovskini yaxşı əzbərləmisən. Həmin dövrdə insan amili əsas rol oynayırdı. Yəni "Ət çəkən” rolunda. Buna görə sənə "Afərin”. Lakin sənin müasir müharibə və döyüş aparılması üzrə hazırlığına "iki” qiyməti düşür. Özün bacarmırsansa, yanındakılardan xahiş et, səni divara vurub ayıltsınlar və XXI əsrə düşəsən”.

Polkovnik daha sonra sözlərinə belə davam edib: "Düşünmək lazım deyil, təlxək, düşməni qiymətləndirərək əsaslandırılmış nəticə çıxarmaq lazımdır. Axı, hinduşka da düşünürdü. Axırda şorbaya düşdü. Və sonda düşmənin qiymətləndirilməsi məsələsində sənə "Hinduşka” qiymətini qoyuram. Nəticə çıxarmağınla bağlı sənə kömək edərəm.

Azərbaycan çoxmillətli dövlətdir. Müharibənin əvvəlindən bu millətlər "kim daha çox şəhid və qəhraman verəcək” deyə aralarında sağlam rəqabət aparırlar. Yadda saxla: mən talışam, ləzgiyəm, avaram, kürdəm, türkəm, tatam, yəhudiyəm, rusam, gürcüyəm, malakanam, özbəyəm, qazaxam, türkmənəm... Yekunda isə hamımız azərbaycanlıyıq və dövlətimizin hər bir nümayəndəsi bunu yaradanın hədiyyəsi olaraq qəbul edir”.

Комментарии (0)

Оставить комментарий