» » Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub

Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub


Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub


Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub.

"Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın "Report"a verdiyi məlumata görə, hadisə bu gün Biləcəri-Xırdalan mənzilində körpünün üstündə baş verib.

O qeyd edib ki, həmin ərazidə Sumqayıtdan Bakıya gələn qatar 20 yaşlı qızı vurub.

S.Qədirova bildirib ki, hadisə vətəndaşın diqqətsizliyi səbəbindən baş verib: "Dəmiryolu xəttinin qorunmayan hissəsindən keçən 20 yaşlı qızın qulağında qulaqcıq olduğundan maşinistin dəfələrlə siqnal verməsini eşitməyib. Maşinist qatarı saxlasa da, yüngülvarı qıza toxunub. Zərərçəkən dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Açar sözlər: Sumqayıt Bakı qız hadisə
Bölmə: Xeberler Oxunub: 406 Tarix: 30-06-2017, 11:38
Xəbər mənbələrimiz
İstifadeci paneli
Youtube səhifemiz
Vkantakte- biz
Reklam
Saygaclar
inwap.az Яндекс.Метрика MobTop.az