Четверг
июн 29

Azərbaycanda ilk dəfə ananın qabırğasından qulaq düzəldildi

Azərbaycanda ilk dəfə ananın qabırğasından qulaq düzəldildi


Azərbaycanda ilk dəfə, dünyada isə ikinci dəfə olaraq bir uşağa anasından alınan qabırğa ilə yeni qulaq düzəldilib.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu əməliyyat Bakıda yerləşən"İstanbul NS" klinikasında plastik/rekonstruktiv və estetik cərrahiyyə uzmanı Dr.Dilqəm Məmmədov tərəfindən həyata keçirilib.

Belə ki, doğuşdan qulağı olmayan 14 yaşlı L.A-ya anasından alınan qabırğa ilə yenidən qulaq düzəldilib.

Bu problemin tibbdə adı "Microtia" olaraq bilinir. Bu patolojiyada pasiyentlər həkim qarşısına ya qulağin tam şəkildə olmaması (anotia) və ya bir hissəsinin inkişaf etməməsi səbəbi ilə gəlirlər.

Adıçəkilən problem dünyada orta hesabla hər 6 min canlının doğumunda bir dəfə müşahidə edilir. Səbəbi bəzən genetik problemler, ana hamilə olduğu vaxt geçirdiyi xəstəliklər və istifadə etdiyi dərmanlar olsa da, çox vaxt səbəbi bilinməyən proseslərdən də ortaya çıxır.

Azərbaycanda ilk dəfə və dünyada 2-ci dəfə baş tutan bu əməliyyat 3 mərhələdə həyata keçirilib.

İlk mərhələdə anadan 8 qabırğa qığırdağı alınıb. İkinci mərhələdə pasiyentin inkişaf etməmiş qulağı mövcud olacaq qulağına uygun şəkildə hazırlanıb. Üçüncü mərhələdə isə ana qabırğasından hazırlanan yeni qulaq pasiyentə uğurlu bir şəkildə transplantasiya edilib.

Əməliyyat təxminən 6 saat davam edib. Hər iki pasiyentin əməliyyat sonrası vəziyyəti yaxşıdır. Növbəti mərhələdə ortalama sağalma müddəti 1-6 ay qədər çəkməkdədir.

Комментарии (0)

Оставить комментарий