Среда
июн 28

Antalya-Bakı reysi şübhəli baqaj səbəbindən gecikir

Antalya-Bakı reysi şübhəli baqaj səbəbindən gecikir


AZAL-ın 8028 saylı Antalya-Bakı reysi qeydiyyatdan keçmiş lakin təyyarəyə minməmiş sərnişin üzündən gecikir.

Sərnişinlərdən birinin BAKU.WS-ə verdiyi məlumata görə, həmin sərnişinin baqajını müəyyən etmək üçün əlavə prosedur həyata keçirilir.

Belə ki, hazırda təyyarədə olan bütün baqajlar çıxarılaraq sərnişinlərə tanımaya təklif olunur.

Qeydiyyatdan keçmiş lakin təyyarəyə minməmiş həmin sərnişinin baqajı müəyyənləşdirildikdən sonra uçuş həyata keçiriləcək.

Комментарии (0)

Оставить комментарий