Четверг
фев 09

Qəbul imtahanlarında mühüm YENİLİK - DETALLAR

Qəbul imtahanlarında mühüm YENİLİK - DETALLAR


Bu il üçün ali məktəblərə qəbul imtahanlarında önəmli yenilik tətbiq ediləcək.

BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, 1,2,3 və 4-cü ixtisas qrupları üzrə əvvəlki və cari ilin abituriyentlərinə 1 yox, 2 dəfə imtahan verməyə şərait yaradılacaq.

Hər iki imtahanda iştirak etmək könüllüdür. Abituriyentlər istəsələr hər ikisində, ya da yalnız birində iştirak edə bilərlər.

5-ci qrupa hazırlaşan abituriyentlər qabiliyyət imtahanı verdikləri üçün yeni qayda onlara şamil edilməyəcək. Onlar ənənəvi qaydada imtahanlarda iştirak edəcəklər.

Abituriyentlər müsahibəyə buraxılarkən məhz özlərinin seçdikləri bal əsas götürüləcək.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyir ki, bu yeniliyin böyük əhəmiyyəti var.

Hər iki qəbul imtahanlarının vaxtı, eləcə də tariflər haqqında dəqiq məlumatlar bir müddətdən sonra məlum olacaq və ictimaiyyətə elan ediləcək.

Комментарии (0)

Оставить комментарий