^
U

Putindən növbəti Qarabağ həmləsi


Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ABŞ və Fransa prezidentlərinə zəng edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə "RİA Novosti” Kremldəki mənbəyə istinadla xəbər yayıb.

Mənbənin məlumatına görə, Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşün nəticələri haqda yaxın günlərdə Minsk Qrupunun digər həmsədr ölkələrini də məlumatlandıracaq.

"Bizim rəhbər Minsk Qrupunun həmsədrlərini Piterdə İ.Əliyev və S.Sarkisyanla keçirdiyi görüşün nəticələri haqda məlumatlandıracaq. Bu, yaxın günlərdə olacaq. Dövlət başçısı həmkarlarına zəng edəcək”.

Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş iyunun 20-də keçirilib.

Görüşün nəticələrinə dair yayılan birgə bəyanata əsasən, tərəflər atəşkəsin monitorinqinin gücləndirilməsi üçün ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması, münaqişənin həllinə dair danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 1 229 Tarix: 28-06-2016, 00:49
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az