Четверг
янв 26

Nazirlikdən xəbərdarlıq: qar yağacaq, havanın temperaturu enəcək

Nazirlikdən xəbərdarlıq: qar yağacaq, havanın temperaturu enəcək


Bakı və Abşeron yarımadasında yanvarın 27-si gündüzdən ayın sonunadək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, arabir yağış yağacaq, bəzi yerlərdə sulu qara, qara keçəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə enəcək.

Şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında yanvarın 27-dən ayın sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə enəcək.

Yolların buz bağlama ehtimalı var.

Комментарии (0)

Оставить комментарий