^
U

Sürücünü ağladıb videoya çəkən yol polisi işdən qovuldu - VİDEO


Bu gün sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, 99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanov yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib. Həmin video sonradan sosial şəbəkələrdə yayılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 900 Tarix: 25-01-2017, 00:17
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az