Суббота
янв 30

Xəstəxanaya yerləşdirilən Rəmişdən XƏBƏR VAR


Bir müddətdir ki, səhhətində ciddi problemlər yaşayan Xalq artisti, Rəmiş ləqəbli Rafiq Hüseynov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.
Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Xalq artisti hazırda həkim nəzarətindədir.
MAY.AZ azvision.az-a istinadən bildirir ki, Xalq artistinin həyat yoldaşı Güllü Hüseynova Rəmişin vəziyyətinin hələ də ağır olduğunu bildirib: "Neçə müddət idi ki, Rəmişin vəziyyəti yaxşı deyildi. Oksigen çatışmazlığından əziyyət çəkirdi, qaraciyərində problem var. Dünən (srağagün-red.) axşam səhhəti lap pisləşdi deyə xəstəxanaya yerləşdirdik. Özü ilə əlaqə saxlaya bilməmişəm. Allaha dua edirəm ki, Rəmişi yaddan çıxarmasın. Belə bir məqamda məni tək qoymasın".

Комментарии (0)

Оставить комментарий