Понедельник
янв 16

"Recep İvedik 5"də Azərbaycan bayrağı təhqir olundu: AĞZINI-BURNUNU QIRMAĞA GƏLMİŞƏM QARDAŞ - VİDEO

"Recep İvedik 5"də Azərbaycan bayrağı təhqir olundu: AĞZINI-BURNUNU QIRMAĞA GƏLMİŞƏM QARDAŞ - VİDEO


7News.az xəbər verir ki, Şahin Gökbaharın növbəti filminin fraqmenti internetdə yayımlanıb. Fraqmentdən də görünür ki, filmdə idman səhnələri çoxluq təşkil edir. Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanlı boksçu ilə qarşılaşan Recep İvedik sinəsində bayrağımız olan idmançımızın əvvəl dilini təhqir edir, son isə kinayəli şəkildə "MƏN DƏ SƏNİN AĞZINI-BURNUNU QIRMAĞA GƏLMİŞƏM QARDAŞ" deməsi əslində bunun təsadüfi səhnə olmadığına dəlaət edir.
7news.az olaraq biz bu mövzunun üzərində dayanacaq, filmin yaradıcı heyətinə öz etirazımızı bildirəcəyik. Azərbaycan hər mənada, hər sahədə Türkiyə maraqlarını ciddi şəkildə qoruyur və onu özününkü kimi qəbul edir. Çox təəssüf ki, tək Türkiyədə deyil, bütün dünyada məşhur olan "Receb İvedik" filmində Azərbaycanın bu formada təhqir olunması faktı düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir. Bu biabırçılıq dərhal aradan qaldırılmalıdır.
Mövzunu davam etdirəcəyik.
7news.Az

"Recep İvedik 5"də Azərbaycan bayrağı təhqir olundu: AĞZINI-BURNUNU QIRMAĞA GƏLMİŞƏM QARDAŞ - VİDEO



Комментарии (0)

Оставить комментарий