Суббота
дек 26

Yanvarın 1-dən "sms icazə"nin ləğvi ilə bağlı VACİB AÇIQLAMA


Son günlər Azərbycanda koronavirusa yoluxanların sayında 2 dəfədən çox azalma müşahidə olunur. Belə ki, dekabrın 24-də Azərbaycanda koronavirus infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 40 nəfər isə COVID-19-dan vəfat edib. Gündəlik koronavirusa yoluxanların sayında azalma dinamikası davam edərsə, yanvarın 1-də sms icazə sistemi ləğv edilə bilərmi?
MAY.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, sərtləşməyə gedilmədən öncə Azərbaycanda koronavirusa yoluxanların sayı kritik vəziyyətə çatmışdı:
"Gün ərzində yoluxma 4000-ni keçmişdi. Sağalanlar isə yoluxanlara nisbətən 2-3 dəfə aşağı idi. Dekabrın 14-dən sərt karantin rejimi tətbiq edildikdən sonra görülən tədbirlərin müsbət nəticələrini görürük. Hər gün yoluxanların sayı azalır. Artıq yoluxanların sayı 1800-ə düşüb və gündəlik sağlanların sayı yoluxanlardan 2-3-dəfə çoxdur. Bu bir daha onu göstərir ki, sərt karantin rejiminin tətbiqi və insanlarımızın qoyulan qaydalara əməl etməsi özününün müsbət nəticəsini göstərir.
Qaydaların sərtləşməsi və cərimələrin artırılması nəticəsində biz azalmanın şahidi oluruq. Bilirsiniz ki, sərt karantin rejimi və "sms icazə" sistemi yanvarın 18-nə kimi qüvvədədir. Ümumi karantin rejimi isə yanvarın 31-nə kimi uzadılıb. Əgər bu müddət ərzində yoluxanların sayı azalarsa, sağalanların sayı artarsa sərt karantində hansısa yumaşalmalara getmək və "sms icazə" sisteminin ləğv edilməsi mümkündür.
Dövlətimiz tərəfindən həyata keçirilən siyasətin əsas istiqaməti insanların sağlamlığının qorunmasıdır. Cərimələrin artmasında əsas məqsəd insanaları bu bəladan qorumaqdır. Dövlətimiz də istəyir ki, yoluxanların sayı minumuma düşsün və sağalanların sayı günbəgün daha da artsın. Artıq insanlar arasında qoyulan qaydalara məsuliyyətlə yanaşma müşahidə edirik. Düzdür, bəzi istisnalar var. Hansı ki, koronavirusa yoluxan insanın evdə qalmalı olduğu halda küçədə gəzdiyini müşahidə edirik. Yaxud maskadan istifadə etməyənlər var.
Əlbəttə belə insanlar azlıq təşkil edir. Ümumilikdə insanlarımız qoyulan qaydalara tam əməl edir və bunun da müsbət nəticəsini görürük. Bilirsiniz ki, yanvarın əvvəlindən peyvəndlənməyə başlanacaq. Vaksinasiya başlayandan sonra görülən tədbirlərin müsbət nəticələrini görməkdə davam edəcəyik. Bir daha insanlarımızı qoyulan qaydalara əməl etməyə çağırıram. Hər birimiz istəyirik ki, tezliklə normal həyatımıza qayıdaq. Normal həyatımıza qayıtmaq üçün də 3 qoyulan qızıl qaydaya əməl etməliyik".

Комментарии (0)

Оставить комментарий