Четверг
ноя 10

"Əgər sən viaqra içirsənsə,..." - ABŞ-ın 45-ci prezidentinin ailəsi

"Əgər sən viaqra içirsənsə,..." - ABŞ-ın 45-ci prezidentinin ailəsi


Tramp üç dəfə ailəli olub, 5 övladı və 8 nəvəsi var.

MAY.AZ xəbər verir ki, Respublikaçı Donald Tramp 1977-ci ildə çexslovakiyalı xizəkçi İvane Zelnuçkova ilə ailə qurub. Onların bu nigahdan 3 uşağı dünyaya gəlib- Donald(1977), İvanka (1981) və Erik(1984). 1993-cü ildə isə cütlük boşanıb.

Trampın yeni seçimi aktrisa və prodüser Marl Meyplz olub. Evlilikləri 6 il davam edib. Bu nigahdan 1993-cü ildə onların Tiffani Ariana adlı qızları dünyaya gəlib.

ABŞ-ın yeni prezidenti bir neçə dəfə ailə qurmasını qadınların onun işinə davam gətirməməsi ilə izah edib:

“Əgər sənin viaqraya ehtiyacın varsa, deməli sən düzgün qadınla birgə deyilsən”-deyə milyarder bildirib.

2005-ci ildə isə Donald Tamp özündən 24 yaş kiçik Melania Knausla evlənib. 2006-cı ildə onların Berron Uilyam adlı oğlanları dünyaya gəlib.

Trampın böyük övladları bütün seçki kampaniyası boyunca onun yanında olublar.

Комментарии (0)

Оставить комментарий