May.Az Forum Auto Musiqi Oyunlar Tanışlıq Xəbərlər Bizimlə əlaqə Qaydalar Statistika Все проекты

Maska taxmayanlar cərimələnəcək - Qərar qüvvəyə mindi - VİDEO


Maska taxmayanlar cərimələnəcək - Qərar qüvvəyə mindi - VİDEO


Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddətində bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə məcburidir. Bu qaydalara əməl etməyənlər inzibati qaydada cərimə olunacaqlar. Polis səhər saatlarından şəhərdə nəzarəti gücləndirib. Xatırladaq ki, yeni qaydalara əsasən bəzi fəaliyyət növləri var ki, onlar da həftəsonları işləməyəcək.

Tibbi maskadan istifadə etmədiyi üçün polis vətədaşları saxlayır. Onlara yeni qaydalara əsasən açıq məkanda da maskadan istifadənin məcburi olduğu izzah edirlər. Polislər paytaxtın Nəsimi rayonu metronun ''28-may'' stansiyasının yaxınlığında vətədaşlara xəbərdarlıq edirlər.

Qeyd edək ki, tibbi maska taxmayan şəxslər aşkar edilikdə polis onları inzibati qaydada cərimə edib.

Elşad Hacıyev mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələrini tövsiyə edir. Xatırladaq ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu gündən tibbi maskadan başqa bəzi qadağalar da qüvvəyə minib. Əvvəlki günlərdə olduğu kimi xüsusi karantin rejminin qüvvədə olduğu dekabr ayının 28-ə qədər həftəsonları ictimai nəqliyyat işləməyəcək. Bundan başqa şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb. Bunlara restoranlardan tutmuş, gözəllik salonları və bərbərxanalar da daxildir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin bu gündən 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi də tövsiyə edilib.

QRAFİK:
- hüquq mühafizə, məhkəmə orqanları, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər.
- fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları.
- səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri.
- kommunal xidmətlər, meliorasiya və su təsərrüfatı xidmətləri.
- qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri.
- apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri.
- kütləvi informasiya vasitələri.
- mühafizə xidmətləri.

Qeyd edək ki, bütün bunlara polis nəzarət edəcək və qaydaları pozanlar inzibati qaydada cərimə olunacaqlar. Daxili İşlər Nazirliyinin əməkdaşı Elşad Hacıyev bildirdi ki, polisin yoxlamaları dekabr ayının 28-dək davam etdirəcək.(xezerxeber)



Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


Bölmə: Script hakkında Oxunub: 134 Tarix: 21-11-2020, 20:47
Bu xəbərləri də oxuyun
  • Açıq məkanlarda da maska məcburi oldu
  • SON DƏQİQƏ: Karantin rejimi uzadıldı
  • Şəkidə koronavirusla əlaqədar növbəti reyd keçirilib
  • Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib
  • SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
  • Daha bir REYD: Maskadan istifadə etməyənlər...
  • Xüsusi karantin rejimiylə bağlı yeni qərar qüvvəyə mindi - SİYAHI
  • Bu gündən metro açıldı
  • ŞAD XƏBƏR: Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir - AÇIQLAMA
  • Həftəsonu nəqliyyat işləməyəcək
  • Operativ Qərargahdan vətəndaşlara MÜRACİƏT
  • Paytaxt küçələri dezinfeksiya edilir
  • Karantin rejimi BU TARİXƏ qədər uzadıldı
  • Tibbi maska və sosial məsafə koronavirusdan necə qoruyur? - Beynəlxalq ARAŞDIRMA
  • Şəxsi maşınında maska taxmayan sürücü cərimə olunub? - Açıqlama
  • Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək
  • "Sədərək Ticarət Mərkəzi"ndə YENİ QADAĞA
  • DİN: Karantin qaydalarında heç bir yumşalma yoxdur
  • DYP karantini pozan daha 1 263 nəfəri cərimələdi
  • Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ AÇIQLAMA
  • Vəziyyətdən asılı olaraq məhdudiyyətlərin yumşaldılması ilə bağlı qərar veriləcək - RƏSMİ
  • Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
  • Xüsusi karantin rejimini pozan sürücülərin sayı açıqlandı
  • Bərdədə karantin rejimini pozan beş nəfər həbs edildi, 189 nəfərə xəbərdarlıq olundu
  • Bakı polisi: "İcazə olmadan hərəkət edən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür"
  • DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur
  • Küçəyə səbəbsiz çıxanlar 100 manat cərimə edildi
  • Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələndi
  • Karantin qaydalarına nəzarətə FHN və DSX hərbçiləri də qoşuldu
  • Bakıda xüsusi karantin rejimini pozan şəxslər cəzalandırılır
  • Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ
  • Azərbaycanda karantindən qaçan həkim saxlanıldı
  • Добавить комментарий
    Ваше имя:*
    Ваш e-mail:*
    Введите код: *
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
    MobTop.az MobTop.az MobTop.az MobTop.az