Четверг
ноя 19

Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM

Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM


Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir.

MAY.AZ xəbər verir ki, brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva çıxış edir.

Hikmət Hacıyev bildirib ki, son dövrlər dünya miqyasında koronavirusa yoluxma hallarında artım müşahidə olunur: "Qonşu ölkələrdən Gürcüstan, İran İslam Respublikası, Türkiyə və Rusiyada virusa yoluxma hallarında artım tendensiyası baş verir. Həmçinin ölkəmizdə də gündəlik 2000-dən yuxarı yoluxma halları özünü göstərir. Eyni zamanda ölüm hallarının da artması ciddi narahatlıq doğurur. Ölkəmizin Vətən müharibəsində olduğu, tibb sisteminin diqqətinin bu xüsusa yönəlməsi virusla mübarizədə daha diqqətli olmalı olduğumuzu bildirir. Xəstəxanalarda yer sayının azalması narahatedicidir. Bu səbəblə də 28 dekabr 2020-ci ilədək ölkə üzrə xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar qəbul edilib".

Комментарии (0)

Оставить комментарий