May.Az Forum Auto Musiqi Oyunlar Tanışlıq Xəbərlər Bizimlə əlaqə Qaydalar Statistika Все проекты

SON DƏQİQƏ: Karantin rejimi uzadıldı


SON DƏQİQƏ: Karantin rejimi uzadıldı


Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumat yayıb.

MAY.AZ həmin məlumatı təqdim edir:

Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Bununla belə son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib:

Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır;

2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Xatırladırıq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

Bir daha bütün şəxsləri COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


Bölmə: Script hakkında Oxunub: 38 Tarix: 19-11-2020, 15:04
Bu xəbərləri də oxuyun
  • Metro bu tarixə qədər işləməyəcək
  • SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
  • Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionist CAVABLADI
  • Həftəsonu nəqliyyat işləməyəcək
  • Bu rayonlar sərt karantin rejimi zonasından çıxarıldı
  • Karantin rejimi BU TARİXƏ qədər uzadıldı
  • Bir gündə 1 168 nəfər karantin rejimini pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib - RƏSMİ + VİDEO
  • DYP karantini pozan daha 1 263 nəfəri cərimələdi
  • Azərbaycanda koronavirus dönəmindəki bu məhdudiyyət aradan qaldırılır - RƏSMİ
  • Vəziyyətdən asılı olaraq məhdudiyyətlərin yumşaldılması ilə bağlı qərar veriləcək - RƏSMİ
  • 4 may tarixindən bu yerlər fəaliyyətini bərpa edir - TAM SİYAHI
  • SON DƏQİQƏ! Azərbaycanda xüsusi karantin rejimi ayın sonuna kimi UZADILDI
  • Karantini pozan 1 822 sürücü cərimələndi
  • 8103 SMS icazə sisteminin qüvvədə olma müddəti uzadıldı - RƏSMİ
  • Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
  • "Karantin rejimi yumşaldılsa, ilk hansı müəssisələrin fəaliyyətinə icazə veriləcək?"- AÇIQLAMA
  • Xüsusi karantin rejimini pozan sürücülərin sayı açıqlandı
  • Sabahdan Azərbaycanda bu şəxslərin küçəyə çıxma icazəsi ləğv edilir
  • Bərdədə karantin rejimini pozan beş nəfər həbs edildi, 189 nəfərə xəbərdarlıq olundu
  • Hərbi xidmətə çağırışla bağlı RƏSMİ MƏLUMAT
  • Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ
  • Bakı polisi: "İcazə olmadan hərəkət edən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür"
  • Azərbaycanda bu şəxslər də küçəyə sərbəst çıxa biləcək - ƏLAVƏ SİYAHI
  • Nazirlik müddəti artırdı - hər ailəyə aylıq 216 manat
  • Bakıda xüsusi karantin rejimini pozan şəxslər cəzalandırılır
  • Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
  • Bakı metrosu bu tarixədək bağlanır
  • Azərbaycanda koronavirusa yoluxma dinamikası gündəlik artmaqdadır - RƏSMİ
  • Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 24 yeni yoluxma - RƏSMİ
  • SON DƏQİQƏ! Bakı metrosu bu tarixədək bağlanır
  • Azərbaycanda karantindən qaçan həkim saxlanıldı
  • Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı - RƏSMİ
  • Добавить комментарий
    Ваше имя:*
    Ваш e-mail:*
    Введите код: *
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
    MobTop.az MobTop.az MobTop.az MobTop.az