Вторник
окт 20

"O, nə anasının üzünü, nə də balalarının böyüməyini görəcək..." - Gəncə terroru Pərvini qaranlığa qərq etdi

"O, nə anasının üzünü, nə də balalarının böyüməyini görəcək..." - Gəncə terroru Pərvini qaranlığa qərq etdi


"Daha o, nə gün işığı görəcək, nə anasının üzünü, nə də balalarının böyüməyini... Sadəcə, sığal çəkəcək, oxşayacaq onları...Çünki qatil erməni onu dünya işığına həsrət qoydu... Oktyabrın 17-də Gəncə terrorunun qurbanı olanlar arasında onun da adı var - Qasımova Pərvin Nüsrəddin qızı..."

BiG.AZ xəbər verir ki, bu sözləri Hacı Nuran sosial media hesabında Gəncə terrorunda gözlərini itirən Pərvin haqqında yazıb. O. Pərvinə və ailəsinə baş çəkib. Fotolarını paylaşan Hacı Nuran Pərvin haqqında yazdığı sözlərlə hər kəsin ürəyini dağlayıb:

"O, təkcə öz dünyasının deyil, həm də balalarının görən gözü idi - Pərvin Nüsrəddin qızı Qasımovanın (19.03.1994) cəmi 26 yaşı var. Dünənə qədər həyat onun üçün güllü-çiçəkli idi. Bu gündən isə qaranlıq, zülmət...İki gözünü itirdi Pərvin... Dağıntılar altından sağ çıxarıldığına şükr edir doğmaları...

O da üsyankar deyil... "Gözüm Vətənə qurban olsun" deyir... "Mən balalarımı bəsirət gözümlə görər, ürəyimin gözü ilə sevərəm... Təki Vətən sağ olsun, oğullar şəhid olmasın" deyir... Bundan böyük ürək olarmı?.. Gənc bir qızın məntiqi qarşısında baş əymək gərək...

Mən bu xalqın mərd oğul, qızları ilə fəxr edirəm... Biz ona görə bu gün tarix yazırıq... Çünki bu xalqın anaları Vətən uğrunda şəhid olan oğul tabutunu çiynində daşıyar, qızları isə "gözüm Vətənimə qurban olsun" deyər!"

Həmin fotoları təqdime edirik:
"O, nə anasının üzünü, nə də balalarının böyüməyini görəcək..." - Gəncə terroru Pərvini qaranlığa qərq etdi
"O, nə anasının üzünü, nə də balalarının böyüməyini görəcək..." - Gəncə terroru Pərvini qaranlığa qərq etdi
"O, nə anasının üzünü, nə də balalarının böyüməyini görəcək..." - Gəncə terroru Pərvini qaranlığa qərq etdi
"O, nə anasının üzünü, nə də balalarının böyüməyini görəcək..." - Gəncə terroru Pərvini qaranlığa qərq etdi

Комментарии (0)

Оставить комментарий