May.Az Forum Auto Musiqi Oyunlar Tanışlıq Xəbərlər Bizimlə əlaqə Qaydalar Statistika Все проекты

Azərbaycan Prezidenti: "Bizim erməni xalqı ilə işimiz yoxdur"


Azərbaycan Prezidenti: "Bizim erməni xalqı ilə işimiz yoxdur"


"Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır".

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı söyləyib.

"Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşlarımızdır. Ona görə bizim davamız haqq davasıdır.
Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir", - dövlət başçısı əlavə edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


Bölmə: Script hakkında Oxunub: 133 Tarix: 30-09-2020, 17:35
Bu xəbərləri də oxuyun
  • Dövlət başçısı: "Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur"
  • Hikmət Hacıyevdən ermənilərin yayıb sildiyi foto ilə bağlı AÇIQLAMA - FOTO
  • Rus politoloq: "Azərbaycan bir neçə saatdan sonra..."
  • MN rəsmisi: "Erməni hərbçilərin təslim olması məsləhətdir"
  • Erməni KİV: "Paşinyanın seçimi erməni xalqının tamamilə məhvi deməkdir"
  • Prezident: "Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir"
  • Prezident: "İstənilən yolla torpağı alacağıq, hər kəs bunu bilsin!"
  • Hikmət Hacıyev: "Ermənilərin Azərbaycanda dinc, yanaşı yaşamalarının daha bir təzahürü"
  • İlham Əliyev: "Bütün o torpaqları biz cənnətə çevirməliyik"
  • Dövlət başçısı: "Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir?"
  • İlham Əliyev: “Erməni prezidenti yenə də yalan deyir”
  • Azərbaycan Prezidenti: "Düşməni bundan sonra da qovacağıq"
  • Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
  • Prezident: "Bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var"
  • Prezident İlham Əliyev: "Bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib"
  • Prezidentin köməkçisi: "Düşmən yerinə otuzdurulur"
  • YAP erməni təxribatları ilə bağlı bəyanat yaydı
  • Mehriban Əliyeva Ramazan bayramı münasibətilə xalqı təbrik etdi
  • ABŞ Senatından səhv addım: "Erməni soyqırımı" layihəsini qəbul etdi
  • Ermənipərəst Vladimir Pozner ABŞ-da belə susduruldu - VİDEO
  • Daha 2 erməni hərbçisi minaya düşdü
  • Azərbaycan xalqı şəhidlərini anır - FOTO
  • Moskvada erməni iş adamı güllələndi
  • 31 - Mart Azərbaycanlıların Soyqırımı Günüdür
  • Erməni kəşfiyyatçı məhv edildi
  • 7 hərbçisimizin həlak olması barədə iddialara rəsmi cavab
  • Məşhur ermənidən etiraf: "Mən sizi sevirəm, azərbaycanlılar!"
  • General Samvel Babayan: “Erməni tərəfi Moskvada deyib ki, əraziləri qaytarmağa hazırdır”
  • Erməni ilə ailə quran azərbaycanlı qız:"Baxın, öyrənin..." - FOTOLAR+VİDEO
  • Təmas xəttində erməni hərbçisinin meyiti tapılıb
  • Zakir Həsənov: Aprel döyüşlərində ordumuzun gücünü gördük
  • Azərbaycanlılar ermənini ölümdən xilas etdi
  • Добавить комментарий
    Ваше имя:*
    Ваш e-mail:*
    Введите код: *
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
    MobTop.az MobTop.az MobTop.az MobTop.az