^
U

Eldar Mahmudovun "akula"sı azadlığa buraxılıb


Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərdən biri olan iş adamı "Akula Akif” ləqəbli Akif Mustafayevin həbsi ilə bağlı vəkili Abbas Atakişiyev açıqlama verib.

Vəkil "Qafqazinfo”ya bildirib ki, Akif Mustafayev 10 gün əvvəl İspaniyada tutulub: "Ekstradisiya prosesinin getməsi barədə məndə məlumat yoxdur. Çünki o tutulduqdan sonra azadlığa buraxılıb. Haqqında açılan cinayət işinin ləğv edilməsini də bilmirəm. İspaniyada onun vəkili yoxdur, çünki istintaqa cəlb olunmayıb”.

Qeyd edək ki, Azərbaycan tərəfi ötən ilin dekabr ayından "Akula Akif”i "İnterpol” vasitəsilə qırmızı xətlə axtarışa vermişdi.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Eldar Mahmudov, akula, MTN
Bölmə: Xeberler Oxunub: 1 032 Tarix: 30-10-2016, 01:34
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az