Воскресенье
сен 27

Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - RƏSMİ + SİYAHI

Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - RƏSMİ + SİYAHI


Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib.

Oxu.Az-ın Müdafiə Nazirliyinin brifinqindəki müxbirinin məlumatına görə, bunu nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Qeyd edilib ki, işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub.

Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib.

Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

Комментарии (0)

Оставить комментарий