Daha bir REYD: Maskadan istifadə etməyənlər...


Daha bir REYD: Maskadan istifadə etməyənlər...


Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, reyd zamanı avtobuslarda və taksilərdə maskadan istifadə etməyən sərnişin və sürücülər yol polisləri tərəfindən müəyyən edilərək cərimələniblər.

Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.

Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə ediliblər.

Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Xırdalan şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.

Reyd zamanı həmçinin Xırdalan şəhərində avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan və bununla da sıxlığın yaranmasına səbəb olan sürücülər barəsində də protokollar tərtib edilib. Tədbir zamanı ümumilikdə epidemiya qaydalarını pozan 30 dan artıq şəxs, dayanma-durma qaydalarına əməl etməyən 80 sürücü cərimələnib.

Qeyd edək ki, Abşeron rayonunda polislər tərəfindən belə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Xeberler Oxunub: 29 Tarix: 14-09-2020, 15:03
İstifadeci paneli
Youtube səhifemiz