Среда
окт 19

İstanbulda 20 min manat tapan qadına mükafat verildi

İstanbulda 20 min manat tapan qadına mükafat verildi


Türkiyədə dayanacaqda 20 min Azərbaycan manatı tapan xanıma hədiyyə verilib.

May.az-in məlumatına görə, İstanbulun Əyyub bölgəsinin bələdiyyə sədri Rəmzi Aydın pulu tapan Hanife Önderi ziyarət edib.

Bələdiyyə sədri bu nümunəvi davranışa görə xanımı mükafatlandırıb. O Hanifə Öndərə 2 maaş miqdarında pul mükafatı verib. Rəmzi Aydın xanıma təşəkkürlərini bildirib və ona bundan sonra da dəstək olacağını deyib.

Bir neçə gün əvvəl Türkiyə vətəndaşı avtobus dayanacağında içərisində 20 min Azərbaycan manatı olan paket tapıb. Pulu tapan qadın onu polisə verib.

Pulu polisə təhvil verən xanım daha sonra evə gedərək sosial şəbəkədən pullarla çəkdirdiyi fotoları paylaşıb və sahibini tapılmasını arzuladığını bildirib.

Комментарии (0)

Оставить комментарий